Məhkəmə qərarları › İş №3(009)-419/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-419/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-419/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən Səbail rayonu, Arif İsmayılov küçəsi ev 22-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN No1381256 və MN No ******* saylı 17.02.2022-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən Şəxs Qazıxanoviç oğlu 07.02.2022-ci il tarixdə, saat 02:00 radələrində Arif İsmayəlov küçəsi 18 ünvanında “Hyundai” markalı avtomobilin qapısının açıq olmasını görərək avtomaşının salonunda quraşdırılmış bir ədəd video qeydiyyat cihazını, bir ədəd təkər nasosunu, bir ədəd tibb ləvazimatını ümumi dəyəri 120 manat olan əmlakları oğurlamışdır.Eyni zamanda 07.02.2022-ci il tarixdə A.İsmayılov küçəsi, dalan 2, ev 23 L ünvanda evin qarşısında küçəyə yığılan qiyməti 200 manat olan dörd ədəd 2 metrlik dəmir boruları oğurlamışdır. Şəxs barəsində AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilən MN No1381256 və MN No ******* saylı 17.02.2022-ci il tarixli inzibati xəta haqqında protokollar və materiallarla müəyyən edildi ki, məhkəməyə daxil olmuş işlər üzrə eyni şəxs tərəfindən 2 şəxsə zərərçəkənlərə qarşı oğurluq hadisəsi törətmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin 17.02.2022-ci il tarixli, 3(009)-420/2022 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 3(009)-420/22 və 3(009)- 419/22 saylı inzibati xətalar dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)- 419/2022 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması, iş başqa işə birləşdirildiyindən 3(009)-420/2022 saylı inzibti xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Şəxs Qazıxanoviç AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs Qazıxanoviç özünü inzibati xəta törətməkdə təqsirli bilərək peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X3 öz ifadəsində göstərmişdir ki, o evdə olmadığı vaxt onun avtomaşınından 120 manat dəyərində olan əmlaklar oğurlanmışdır, ziyan ödənilməmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X1 öz ifadəsində göstərmişdir ki, onun evinin qarşısından dəyəri 200 manat olan 4 ədəd 2 metrlik dəmir borular oğurlanmışdır, ziyan ödənilməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Qazıxanoviçin əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı İ.Salahov tərəfindən tərtib edilmiş 16.02.2022-ci il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş F.Vəliyevəya məxsus əmlakı oğurlamış şəxs müəyyən edildikdə onun AR İXM-nın 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi üçün qəbul edilmiş qərar təhqiqat orqanına göndərilmişdir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı R.Cəfərov tərəfindən tərtib edilmiş 17.02.2022-ci il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən vətəndaş V.Əliyevin şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona qarşı oğurluq əməli törədən vətəndaş Şəxs Qazıxanoviç barəsində AR İXM-nın 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məqsədi üçün qəbul edilmiş qərar təhqiqat orqanına göndərilmişdir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə Şəxs Qazıxanoviçin əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs Qazıxanoviçin inzibati qaydada tutulduğu vaxtdan, yəni 16.02.2022-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Qazıxanoviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 1(bir) ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16.02.2022-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar