Məhkəmə qərarları › İş №3(009)-420/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-420/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-420/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 etibarnamə üzrə nümayəndəsi X4, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ DYPİ-nin xx xxxxxx 2021ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində ona məxsus "Toyota Rav-4" markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən əsassız olaraq saxlanılaraq Bakı şəhər DYPİ YPX-nin inspektoru tərəfindən barəsində qərəzli olaraq İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP3775938 nömrəli protokolu əldə etmək mümkün olmamışdır. Tərtib olunmuş protokolu xahiş etsə də protokol onatəqdim olunmamışdır. Hesab edir ki, barəsində tərtib edilmiş 06.02..2021-ci il tarixli, İXP ******* nömrəli protokol əsassız və qərəzli olduğundan ləğv edilməlidir. Belə ki, İXM-nin tələbləri kobud şəkildə pozularaq araşdırma zamanı onun iştirakı təmin edilməmiş və inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmamışdır. Barəsində əsassız və qərəzli olaraq protokol tərtib edilmişdir. Barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, İXP3775938 №-li protokol Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilsə də, onun tərəfindən yolayrıcını keçmə qaydaları pozulmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 etibarnamə üzrə nümayəndəsi X7 şikayəti müdafiə edərək göstərmişdir ki, həyat yoldaşı X2 barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş, hadisə baş verən zaman ilə protokolun vaxtı üst-üstə düşmür, eyni zamanda X2 tərəfindən işıqforun tələbi pozulmamışdır. Ona görə də inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, X2 tərəfindən 06 .02.2021-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospekti 2 ünvanında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmçinin qeyd etmişdir ki, X2 tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın həqiqətən də mövcud olub-olmaması və hansı səbəbdən eyni iş üzrə 2 fərqli qərarın olması barədə dəqiq məlumatı yoxdur və bu məsələnin araşdırılması zəruridir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* və xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarları ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 06 .02.2021-ci il tarixdə, saat 08:01-də Bakı şəhəri, Neftçilər prospekti 2 ünvanında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 06 .02.2021-ci il tarixdə, saat 08:01-də Bakı şəhəri, Neftçilər prospekti 2 ünvanında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında görünür ki, məhkəməyə təqdim edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmişdir, lakin iş üzrə xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda həmin qərarın qəbul edilməsinə əsas olmuş protokolun tərtib edilmə tarixi xx xxxxxx 2021-ci il olaraq göstərilmişdir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında 2 fərqli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və bu qərarlar məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilibedilməməsi barədə qeyd aparılmaması, eləcə də inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ DYPİ-nin İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması, mövcud ziddiyyətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ DYPİ-nin İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı və xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarları ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 nun şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* və xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarları ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar