Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-424/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən Şəxs QSC barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0333/22 saylı, 16 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına 99OF108/99ZF108 nömrə nişanlı yük avtomaşınında PKA**********003 nömrəli 14.12.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********0334 sorğu nömrəli 29.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 13 yanvar 2021-ci il tarixdə 99OF108/99ZF108 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən, mənşə ölkəsi Türkiyə bəyan edilən **********0334 sorğu nömrəli 29.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan “binalarda istifadə olunan-pəncərələr üçün bərkidici armaturlar, furnitur və analoii digər detallar”: SGN 300 TAKİMl-592 ƏDƏD, SGN HS 300 DİKEY İSPANYOLET-592 ƏDƏD, SGN ARA BAĞLANTİ ÇUBUĞU-536 ƏDƏD, SGN ARA BAĞLANTİ ÇUBUĞU 2000-56 ƏDƏD, SGN ARA BAĞLANTİ PİM KAPAK-592 ƏDƏD, SGN İSPANYOLET ÜST KARŞİLİK 9MM-574 ƏDƏD, SGN İSPANYOLET ALT KARŞİLİK 9MM-574 ƏDƏD, SGN ALT MESAFE PARÇASİ-574 ƏDƏD, SGN STOPLAMA LASTİĞİ-1184 ƏDƏD, SGN HS KOL BAREL DELİKSİZ-592 ƏDƏD, SGN İSPANYOLET KARŞİLİK BESLEME PULU-1184 ƏDƏD, SGN İSPANYOLET ÜST KARŞİLİK 16 MM-18 ƏDƏD, SGN İSPANYOLET ALT KARŞİLİK-18 ƏDƏD, SGN GLOBE PENCERE KOLU-28 ƏDƏD, (bəyannamənin 1-ci mal mövqeyi), “qapıya, pəncərəyə, pilləkənlərə, divarlara və ya binanın digər hissələrinə daimi quraşdırma üçün nəzərdə tutulmuş fitinqlər və bərkitmə detalları”- SGN İSPANYOLET BESLEME 20MM-5166 ƏDƏD, SGN İSPANYOLET BESLEME-162 ƏDƏD, SGN ALT MESAFE PARÇASİ-18 ƏDƏD, (bəyannamənin 2-ci mal mövqeyi), “qara metallardan vintlər, boltlar, qaykalar, böyük vint, burulub keçirilən qarmaqlar, pərçimlər, şponkalar, şplintlər, savbalar (o cümlədən yaylı) və analoji məmulatlar”: SGN VİDA-1184 ƏDƏD (bəyannamənin 3-cü mal mövqeyi) yükünün üzərindəki yazılara əsasən Türkiyə deyil, Almaniya olduğu müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsində araşdırılması aparılan 34/024/000611 nömrəli material üzrə, ünvan 1 ünvanında qeydiyyatda olan "ARTİ GROUP” QSC-nin ünvanına Türkiyə Respublikasının “X3 Yapı Elemanlar Sanayi Ticaret Limited” şirkəti tərəfindən 99OF108/99ZF108 nömrə nişanlı yük avtomaşınında göndərilmiş və Bakı Baş Gömrük İdarəsində **********0334 sorğu nömrəli 29.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə mənşə ölkəsi “Türkiyə” kimi bəyan edilən, lakin mallara gömrük nəzarəti həyata keçirilən zaman mənşə ölkəsi “Almaniya” müəyyən edilən “binalarda istifadə olunan-pəncərələr üçün bərkidici armaturlar, furnitur və analoii digər detallar”: SGN 300 TAKİMİ-592 ƏDƏD, SGN HS 300 DİKEY İSPANYOLET-592 ƏDƏD, SGN ARA BAĞLANTİ ÇUBUĞU-536 ƏDƏD, SGN ARA BAĞLANTİ ÇUBUĞU 2000-56 ƏDƏD, SGN ARA BAĞLANTİ PİM KAPAK-592 ƏDƏD, SGN İSPANYOLET ÜST KARŞİLİK 9MM-574 ƏDƏD, SGN İSPANYOLET ALT KARŞİLİK 9MM-574 ƏDƏD, SGN ALT MESAFE PARÇASİ- 574 ƏDƏD, SGN STOPLAMA LASTİĞİ-1184 ƏDƏD, SGN HS KOL BAREL DELİKSİZ-592 ƏDƏD, SGN İSPANYOLET KARŞİLİK BESLEME PULU-1184 ƏDƏD, SGN İSPANYOLET ÜST KARŞİLİK 16 MM-18 ƏDƏD. SGN İSPANYOLET ALT KARŞİLİK-18 ƏDƏD. SGN GLOBE PENCERE KOLU-28 ƏDƏD, (bəyannamənin 1-ci mal mövqeyi), “qapıya, pəncərəyə, pilləkənlərə, divarlara və va binanın digər hissələrinə daimi quraşdırma üçün nəzərdə tutulmuş fitinqlər və bərkitmə detalları”- SGN İSPANYOLET BESLEME 20MM-5166 ƏDƏD, SGN İSPANYOLET BESLEME-162 ƏDƏD, SGN ALT MESAFE PARÇASİ-18 ƏDƏD, (bəyannamənin 2-ci mal mövqeyi), “qara metallardan vintlər, boltlar, qaykalar, böyük vint, burulub keçirilən qarmaqlar, pərçimlər, şponkalar, şplintlər, şaybalar (o cümlədən yaylı) və analoji məmulatlar”: SGN VİDA-1184 ƏDƏD (bəyannamənin 3-cü mal mövqeyi) yükünün 29.12.2021-ci il tarixə orta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400- 013/006-22/000232 saylı 13 yanvar 2022-ci il tarixli məktubla müraciət edilmiş, adı qeyd olunan Mərkəzdən alınmış 9/365 nömrəli 07 fevral 2022-ci il tarixli ekspert arayışına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 18 adda malların ümumilikdə 29.12.2021-ci il tarixə orta bazar qiyməti təxminən 185512 (bir yüz səksən beş min beş yüz on iki) manat müəyyən edildiyi qeyd edilmişdir. (Malların ayrı-ayrılıqda adları və qiymətləri barədə ekspert arayışının tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir.) Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın və barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Araşdırma nəticəsində, ünvan 1 ünvanında qeydiyyatda olan "ARTİ GROUP” QSC Türkiyə Respublikasından 99OF108/99ZF108 dövlət qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi və Bakı Baş Gömrük İdarəsində **********0334 sorğu nömrəli 29.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə ’’sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş malların mənşə ölkəsini Almaniya kimi deyil, Türkiyə kimi bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Nəticədə, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs QSC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tərkibi var və onun 1000 (min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/365 saylı, 27 fevral 2022-ci il tarixli rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-424/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-424/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver