Məhkəmə qərarları › İş №3(009)-425/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-425/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-425/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, 8-ci Polis Bölməsinin sahə rəisi Nümayəndə, şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı (xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokol) inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı (xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokol) inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda oğlu ilə birlikdə yaşayır. Səbail Rayon Polis İdarəsinin 08-ci PB sahə rəisi Nümayəndə tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EXP ******* nömrəli İnzibati xəta haqqında protokolla və xx.xx.2025-ci il tarixdə qəbul edilmiş EXQ ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən 300 manat inzibati cərimə edilmişdir. Qərar əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Belə ki, hazırda qeydiyyatda olmaqla yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində 2025-ci ilin yanvar ayının sonlarında və fevral ayının əvvələrində zəruri təmir işləri aparılmışdır. xx.xx.2025-ci il tarixdə evin təmiri ilə əlaqədar yığılmış tullantılar paketlərə qablaşdırılmış və həmin gün yığışdırılaraq tullantı tutumlarına boşaldılmışdır. Tullantılar xüsusi tullantı paketlərində olarkən bu hal Səbail Rayon Polis İdarəsi 08-ci PB sahə rəisi Nümayəndə tərəfindən inzibati xəta hesab edilərərək protokollaşdırılmış və İnzibati tənbeh vermə haqqında qərarla rəsmiləşdirilmişdir. İstinad olunan normanın dispozisiyasından açıq şəkildə görünür ki, inzibati xətanın əsası kimi məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması çıxış edir. Halbuki, evin təmirindən çıxmış tullantılar normada göstərildiyi kimi kənar yerlərə atılmamış, tam əksinə xüsusi tullantı yerlərinə atılması üçün paketlərə qablaşdırılmış, daha sonra isə elə həmin gün tullantılar üçün nəzərdə tutulmuş yerə boşaldılmışdır. Yəni, tullantıların qanunla müəyyən olunmuş yerə atılması üçün qablaşdırılması onların kənar yerlərə atılması kimi qiymətləndirmək tamamilə yanlış və əsassızdır. Qablaşdırma məhz tullantıların qanunla müəyyən edilmiş yerə atılması üçün edilmişdir. Bir qayda olaraq mənzil təmir olunanda evdən çıxan tullantılar (daş parçaları və s.) səliqəli şəkildə torbalara yığılır, sonra isə tullantılar üçün nəzərdə tutulmuş yerlərə boşaldılır. İş gününün yekununda torbalara yığılmış tullantıları bunun üçün nəzərdə tutulmuş yerlərə boşaltmışdırlar. Buna görə də hesab edir ki, onun hərəkətlərində hər hansı bir qanunsuzluq olmamış, inzibati xətaya yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə qeyd edilənləri müdafiə edərək şikayətin təmin edilməsini, cəriməni ödəməyə imkanı olmadığını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı (xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokol) inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 8-ci Polis Bölməsinin sahə rəisi Nümayəndə şikayətin əsassız olduğunu, qonşularının şikayət etdiklərini, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, xırda həcmli tullantılar zibil qutularına, “Təmir-tikinti xarakterli iri həcmli tullantılar” isə maşınlara yığılıb X1 Poliqonuna aparılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı (xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokol) inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görəfiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı (xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokol) inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı (xx.xx.2025-ci il tarixli, EXP ******* saylı protokol) inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar