Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-427/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə oğlu Əfəndiyev Teymur ilə birlikdə, saat 14-30 radələrində, Bakı Olimpiya stadionun yanında bağlı və halhazırda ətrafları bağlı, istifadə olunmayan avtomobil dayanacağında həyət yoldaşına məxsus və etibarnamə əsasında idarə etdiyi 10RT458AZ dövlət nişanı olan Volkswagen Polo avtomobildə oğlunun avtomobil sürməyin ilkin təlimi ilə məşğul idilər. Saat 14:44-də onların avtomibilinə üstündə 265 nömrəsi olan YPX patrul avtomobil yaxınlaşdı və polis baş serjantı X7 əsassız ona İXM-nin 335.1-ci maddəsi əsasında (335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) xx xxxxxx 2021-ci il tarixli № İXP ******* saylı protokol tərtib edib və ona 60 manat cərimə barəsində xx xxxxxx 2021-ci il tarixli № TP ******* nömrəli qərar çıxarmışdır. Onun etirazı haqqınıda çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki oğlunun ilkin sürmə təlimi , “X8” AR Qanununun 78.1 maddəsinə əsasən tam uyğun keçirilirdi və bu halda 78.2-78.4 tətbiqi yersiz və düzgün deyildi, halbuki onlar tam bağlı meydançada ilkin təlim keçirirdilər və yol hərəkət iştirakçısı və avtomobil yolunda deyildilər. Göründüyü kimi bu maddənin tələbləri pozulmamışdır. Ona görə də o, 335.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə özünü təqsirli hesab etmir və İXP ******* saylı protokola Nərimanov rayon DYPS Yol patrul xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən çıxarılmış xx xxxxxx 2021-cı il tarixli № TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X6 şikayətini müdafiə edib izahatında göstərmişdir ki, qanuna əsasən o, müəyyən yerlərdə təlim keçə bilər, ona görə də şikayəti təmin edilərək barəsində Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsinə və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə hesab edir ki, X9 oğlunun şikayət ərizəsində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 60 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. X8 Azərbaycan Respublikası qanununun 78-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir. Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi “Təlim nəqliyyat vasitəsi” tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə- fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 təlima qaydalarını pozmaqla, yəni “Təlim nəqliyyat vasitəsi” tanınma nişanı ilə işarələnməmiş və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmamış nəqliyyat vasitəsi ilə təlim keçdiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X9 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı iinzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-427/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-427/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver