Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-427/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyinin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş 02 fevral 2022-ci il tarixli 13000- 0071/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 01.02.2022-ci il tarixli 34/012/000412 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 27.01.2022-ci il tarixdə sifarişçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin ünvanına göndərilən yük 61373783 62350053, 60659166, 60680204 nömrəli vaqonlar vasitəsi ilə gələn yük “Beynəlxalq Dəniz /Ticarət Limanı ’’ gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyi tərəfindən gətiriliən malların gömrük ərazisinə gətirilməzdən əvvəl mallar barəsində elektron formada verilməli olan qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsi, eləcə də İstehsalat Birliyi tərəfindən təqdim edilmiş **********9974 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında qısa idxal bəyannaməsinin vaxtında verilməməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxa bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibat, məsuliyyətinə səbəb olur. Bununla da, gömrük qanunvericiliyinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi tərəfindən gətirilən malların gömrük ərazisinə gətirməzdən əvvəl verilməli olan qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyinin nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyi tərəfindən gətirilən malların gömrük ərazisinə gətirilməzdən əvvəl mallar barədə elektron formada verilməli olan qısa idxal bəyannaməsinin verilməməsi ixracatçı şirkət tərəfindən göndərilmiş mallara dair məlumatların əks olunduğu sənədlərin zamanında İstehsalat Birliyinə göndərilməməsi səbəbindən baş vermişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ”Azneft” İstehsalat Birliyinin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 27.01,2022-ci il tarixdə Azərbaycan Respubiikası Dövlət Neft Şirkəti “AZNEFT” (VÖEN **********) İstehsalat Birliyinin ünvanına göndərilən yük 61373783,62350053,60659166,60680204 nömrəli vaqonlarla “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, fiziki şəxs tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi İstehsalat Birliyi tərəfindən təqdim edilmiş **********9974 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin elektron sistemindən çıxarışından görünür ki, 61373783 62350053, 60659166, 60680204 nömrəli vaqonlar vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” istehsalat Birliyinin ünvanına göndərilən yüklər 27.01.2022-ci il tarixdə saat 13:40, 13:47. 13: 44 radələrində “Beynəlxalq Dəniz Ticarət Limanı’’ gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyinin ünvanına 61373783 62350053, 60659166, 60680204 nömrəli vaqonlar vasitəsi ilə göndərilmiş mallar üzrə elektron formada gömrük bəyannaməsi 01.02.2022-ci il tarixdə saat 10:33-də verilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyi Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış “”Azneft” İstehsalat Birliyinin nümayəndəsinin izahatı ilə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyi Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ”Azneft” İstehsalat Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-427/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-427/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver