Məhkəmə qərarları › İş №3(009)-43/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-43/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-43/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 05 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24.10.2021-ci il tarixində, saat 15:00-da Bakı şəhəri Səbail rayonu Nefçilər prospektində idarə etdiyi “Toyota Corolla” markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, o uzun müddətdir avtomobil idarə edir və “BC” kateqoriyalı sürücülük hüququna malikdir. 24.10.2021- ci il tarixdə saat 15:00 radələrində o taksi fəaliyyətilə məşğul olduğu “Toyota Corolla” markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Nefçilər prospekti ilə hərəkət edərək “Kukla” teatrının yaxınlığına sifariş əsasında müştəri aparmışdır.Belə ki, Neftçilər prospekti ilə hərəkətdə olan zaman Əziz Əliyev küçəsinin kəsişməsində yerləşən işıqfora yaxınlaşdıqda yol bir qədər tıxac olduğundan avtomobildə qabaq sağ yan hissədə əyləşmiş müştəri avtomobildən düşmək qərarına gəlmişdir.O da tıxac olduğunu görüb sağ zolaqda avtomobili saxlamışdır ki, müştəri avtomobildən düşsün. Həmin müştəri qabaq sağ qapını açıb avtomobildən düşən zaman gözlənilmədən arxadan sağ istiqamətlə hərəkət edən mopedçi idarə etdiyi avtomobilin qabaq sağ qapısına dəymiş və həmin mopedi idarə edən şəxs öz müvazinatını itirib yerə yıxılmışdır.O dərhal avtomobili saxlayıb, həmin mopedi idarə edən şəxsə köməklik göstərməyə başlamışdır.Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa başlamışlar.Baş vermiş hadisə zamanı mopedi idarə edən şəxs xəsarət aldığı üçün TTYS-na müraciət olunmuş və oraya həkim briqadası gəlib həmin şəxsə ilkin tibbi yardım göstərib xəstəxanaya aparmışlar.O isə hadisə yerində qalıb polis əməkdaşları tərəfindən aparılan müvafiq araşdırmada iştirak etmişdir.Daha sonra Şəxs bildirmişdir ki, həmin zaman tıxac olduğundan avtomobil dayanmış vəziyyətdə olmuşdur və avtomobildə sağ qabaq yan hissədə əyləşmiş müştəri qapını açıb düşmək istəyən zaman hadisə baş vermişdir. O, avtomobili saxlayıb müştərini düşürdən zaman arxadan sağ istiqamətlə hərəkət edən mopedin hərəkətdə olmasını görə bilməmişdir. Onun avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır. Həmin vaxt spirtli içki qəbul etməmişdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 271 saylı 12.11.2021-ci il tarixli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər- sol gözün ağlı qişasının bayır } /r.sma qansızma, sol qaş nahiyəsinin əzilmiş yaraları, eləcə də, sağ baldırın orta l\3-nin ön və ./.Ş aşıq-baldır oynağının iç topuq səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəində göstərilən müddətdə və şəraitdə, yəni 24.10.2021-ci il tarixli ol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb :lan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi 2\30557 saylı 24.10.2021-ci il tarixli aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar