Məhkəmə qərarları › İş №3(009)-43/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-43/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-43/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon 8-ci PB-sı tərəfindən tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli MN1943806 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 26 dekabr 2024-cü il tarixdə Səbail rayonu ünvan ünvanda piro texniki vasitələrin satışı ilə məşqul olaraq Azərbaycan Respublikası İnzibati Xətalar 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs, Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 442-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli raportundan görünür ki, 26 dekabr 2024-cü il tarixdə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində xidmətdə olduğu zaman 8 –ci Polis bölməsinin Sahə inspektoru polis mayoru Anar Bəxtiyarov və ərazisində xidmətdə olduğu zaman 8–ci Polis bölməsinin sahə inspektoru polis mayoru Anar Bəxtiyarov vəərazisində xidmətdə olduğu zaman 8 –ci Polis bölməsinin Sahə inspektoru polis mayoru Anar Bəxtiyarov və YYÇPTB-nin inspektoru Əkbər İbayevlə birlikdə bir nəfər tanımadıqları şəxsin əlində olan açıq şəffaf rəngli selofanda görsənən protexniki vasitənin bir nəfər şəxsə verdiyini görüb,polis sahə inspektorunun 2/1 saylı punktuna dəvət edib,hüquq və vəzifələri izah edib, izahatı alındıqdan sonra sərbəst buraxılıb. Onlarin həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verməsi xahiş edilmişdir. İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli izahatdan görünür ki, yuxarıda göstərilən ünvanda valideyinləri ilə birlikdə yaşayır. Mahiyyəti üzrə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Sədərək ticarət mərkəzində müxtəlif adlarda olan pirotexniki vasitələrin şəxsi istifadəsi üçün müəyyən miqdarda əldə etmişdir, lakin xx.xx.2024-cü il tarixdən yaşadığı Səbail rayonu, dalan 2 ünvanı yaxınlığında əvvəllər tanımadığı bir nəfər şəxsin omun üzərində pirotexniki vasitə olan şənlik partlayıcısını görüb ondan istədi jəmin şəxsə üzərində olan 8 qutu pirotexniki vasitədən 1-ni verdi, faha sonra ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra özü öz sözləri ilə heç bir təyziq olmadan izahatını yazmışdır, gələcəkdə bu kimi hallara yol verməyəcəyinə dair söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar