Məhkəmə qərarları › İş №3(009)-431/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-431/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-431/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ATSC -nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs ATSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs ATSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, 13000-0135/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 34/012/000561 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, idxalçı Şəxs ATS tərəfindən xx.xx.2020-ci il tarixli **********27 saylı natamam gömrük bəyannaməsi üzrə elektrik enerjisi nəgl edilmişdir. Raporta əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********020 saylı gömrük bəyannaməsinin rəsmiləşdirmə tarixindən müəyyən olunur ki, idxal edilmiş elektrik enerjisi ilə bağlı verilmiş natamam bəyannamə üzrə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş son müddət pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-cü il tarixli 331 №li “Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilməsi haggında Qərarın 2.8-ci bəndinə əsasən Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə natamam bəyannamə əsasında keçirilən malların gömrük rəsmiləşdirilməsi keçirilmə dövrünün sonundan etibarən 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsinin gömrük organına təqdim olunması Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə uyğun olarag zəruri gömrük əməliyyatlarının yerinə yetirilməsi və gömrük ödənişlərinin ödənilməsi ilə başa çatır. Azərbaycan Respublikası İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafig icra hakimiyyəti orqanına təqdim edilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. İş materiallarından görünür ki, ixracatçı Şəxs ATSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0**********020 saylı gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ATSC -nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 ixracatçı şirkət tərəfindən mallara dair məlumatların əks olunduğu sənədlərin zamanında göndərilməməsi səbəbindən müddət pozuntusunun baş verdiyini bildirərək, məhkəmənin bu halı nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə təhkim edilmiş “Azterminalkompleks” birliyinin inspektoru İlqar Ağamalıyevin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Şəxs” ATSC (VÖEN:**********) tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********0027 saylı natamam gömrük bəyannaməsi üzrə elektrik enerjisi 2020-ci ilin dekabr ayında nəql edilmişdir. Müvafiq olaraq təqdim edilmiş xx.xx.2021-ci il tarixli 0**********020 saylı gömrük bəyannaməsinin rəsmiləşdirmə tarixindən müəyyən olunur ki, idxal edilmiş elektrik enerjisi ilə bağlı verilmiş natamam bəyannamə üzrə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş son müddət pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 331 №li “Gömrük sərhəddindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilməsi haqqında Qərarın 2.8-ci bəndinə əsasən Gömrük sərhəddindən elektrikötürücü xətlər vasitəsilə natamam bəyannamə əsasında keçirilən malların gömrük rəsmiləşdirilməsi keçirilmə dövrünün sonundan etibarən 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunması Gömrük məcəlləsinin 104.2-ci maddəsinə uyğun olaraq zəruri gömrük əməliyyatlarının yerinə yetrilməsi və gömrük ödənişlərinin ödənilməsi ilə başa çatır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilmiş qərarına əsasən göstərilən müddət hüquqi şəxs tərəfindən pozularaq **********0027 saylı natamam gömrük bəyannaməsi üzrə 0**********020 saylı gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********0027 saylı natamam gömrük bəyannaməsi üzrə elektrik enerjisi 2020-ci ilin dekabr ayında nəql edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 0**********020 saylı gömrük bəyannaməsi ilə müəyyən olunur ki, ixracatçı tərəfindən natamam bəyannamə üzrə təqdim olunmalı olan gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokolundan görünür ki, hüquq şəxs Şəxs ATSC nümayəndəsi X2-sual edilmiş və nümayəndə ona verilən suallara cavab olaraq, izahatında müvafiq gömrük bəyannaməsinin X6 Nəqliyatında Baş Gömrük idarəsinə təqdim edilməsi müddətinə riayət edilməməsi, ixracatçı şirkət tərəfindən mallara dair məlumatların əks olunduğu sənədlərin zamanında göndərilməməsi səbəbindən baş verdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs ATSC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş və nəticədə Şəxs ATSC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs ATSC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ATSC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ATSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar