Məhkəmə qərarları › İş №3(009)-432/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-432/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-432/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resusrsları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resusrsları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 13000-0139/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 34/012/000559 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, idxalçı Şəxs ATSC tərəfindən xx.xx.2020-ci il tarixli **********28 saylı natamam gömrük bəyannaməsi üzrə elektrik enerjisi nəql edilmişdir. Raporta əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********7045 saylı gömrük bəyannaməsinin rəsmiləsdirmə tarixindən müəyyən olunur ki, idxal edilmiş elektrik enerjisi ilə bağlı verilmiş natamam bəyannamə üzrə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş son müddət pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-cü il tarixli 331 №li “Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilməsi haqqında Qərarın 2.8-ci bəndinə əsasən Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə natamam bəyannamə əsasında keçirilən malların gömrük rəsmiləşdirilməsi keçirilmə dövrünün sonundan etibarən 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunması Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə uyqun olaraq zəruri gömrük əməliyyatlarının yerinə yetirilməsi və gömrük ödənişlərinin ödənilməsi ilə basa çatır. Azərbaycan Respublikası İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. İş materiallarından görünür ki, ixracatçı “Şəxs’’ ATSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********7045 saylı gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddəti pozulmaqla təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi və vəkili X2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, ixracatçı şirkət tərəfindən maalara dair məlumatları Şəxs ASC-nə gec verdiyinə görə bəyannamə vaxtında təqdim olunmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resusrsları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resusrsları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektorunun xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Şəxs ACS (VÖEN:**********) tərəfindən Elektrik enerjisinin dekabr ayında idxal edilməsi nəzərdə tutularaq, xx.xx.2020-ci il tarixində **********28 saylı natamam bəyannamə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən göstərilən müddət pozularaq **********28 saylı natamam bəyannaməyə görə **********7045 saylı gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********28 nömrəli gömrük natamam gömrük bəyənnaməsindən görünür ki, Şəxs ASC-nin ünvanına “xxxx” ASC-dən 2020-ci ilin dekabr ayında idxal edilməsi nəzərdə tutulan 8000,00 kVt. Saat elektrik enerjisi idxal edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********7045 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs ASC-nin (VÖEN:**********) ünvanına “xxxx” ASC-dən (2020ci ilin dekabr ayında idxal edilib) 8270,312 kVt. Saat elektrik enerjisi idxal edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs ASC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və gömrük bəyannaməsinin təqdim edilməsi müddətinə riayət edilməməsini etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, araşdırma zamanı Şəxs ACS (VÖEN:**********) tərəfindən Elektrik enerjisinin dekabr ayında idxal edilməsi nəzərdə tutularaq xx.xx.2020-ci il tarixində **********28 saylı natamam bəyannamə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən göstərilən müddət pozularaq **********28 saylı natamam bəyannaməyə görə **********7045 saylı gömrük bəyannaməsi xx.xx.2021-ci il tarixində təqdim edilməsi, eləcə də izahatı alnmış Şəxs ASC-nin nümayəndəsinin etirafı ilə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar