Məhkəmə qərarları › İş №3(009)-434/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-434/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-434/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tomayev Deputat Süleyman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 52, mənzil 19 ünavnında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 nömrəli, 07.04.2021-ci il tarixli icra sənədinə əsasən, 15 avqust 2015-ci il təvəllüdlü X5 və 17 avqust 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-2758/18 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 154 manat alimentin həcmi artırılaraq hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilmiş və bu vəsait bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X4 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə bağlı borclu 21.02.2021-ci il tarixdə şöbəyə çağrılaraq, izahatı alınmış və verdiyi izahatında aliment üzrə bu günə qədər 1000 (min) manat ödəniş etdiyini, qalan 2150 (iki min yüz əlli) manat aliment borcunu isə ilk fürsətdə ödəyəcəyini bildirmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, işsiz olduğu üçün aliment borcunu vaxtında ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 21.02.2022-ci il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-1063/2021 saylı, 07.04.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 nömrəli, 07.04.2021-ci il tarixli icra sənədinə əsasən, 15 avqust 2015-ci il təvəllüdlü X5 və 17 avqust 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-2758/18 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 154 manat alimentin həcmi artırılaraq hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilsin və bu vəsait bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X4 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə bağlı borclu 21.02.2021ci il tarixdə şöbəyə çağrılaraq, izahatı alınmış və verdiyi izahatında aliment üzrə bu günə qədər 1000 (min) manat ödəniş etdiyini, qalan 2150 (iki min yüz əlli) manat aliment borcunu isə ilk fürsətdə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Rəsulov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X10 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar