Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-435/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin tərtib etdiyi 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində 11-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və digər materialları araşdıraraq hesab edir ki, X3 oğlunun şikayəti baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən qəbul edilmişdir. Deməli, inziabti xəta hadisəsi Qaradağ rayon inzibati ərazisində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materiallları ilə müəyyən edilir ki, şikayətçi X3 oğlunun qeydiyyat ünvanı Bakı şəhəri Səbail Rayon, Badamdar qəsəbəsi olsa da, şikayət ərizəsinə işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin tərtib etdiyi 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-435/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-435/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver