Məhkəmə qərarları › İş №3(009)-436/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-436/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-436/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:40 radələrində “xxxx” MMC-yə məxsus olan və etibarnamə ilə idarə etdiyi “Saipa Saina EX” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi ilə hərəkət edib Ə.Nəzərov küçəsinə dönmüş və yenidən Badamdar şossesinə qayıtmaq üçün həmin küçədə yaşayış binalarının aralığına girmiş, sonra sükanı sola burub avtomobili Ə.Nəzərov küçəsinə geriyə hərəkət etdirən zaman avtomobilin arxa bamperin sağ künc hissəsi ilə həmin küçəni Badamdar şossesi istiqamətində və yolun sağ kənarında dayanmış “Mercedes Benz C” marks **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol arxa qapısı tərəfdən toqquşmuşdur. Avtomobildən enəndə məlum olmuşdur ki, həmin avtomobilin sürücüsü Pənah Sadıqov adlı şəxs arxa oturacağı təmizləyirmiş və toqquşma zamanı açıq saxladığı qapının arasında qalıb. O, dərhal Pənahı öz avtomobilinə əyləşdirmiş və ilkin tibbi yardım göstərilməsi üçün yaxınlıqda yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına aparmışdır. Orada onu müayinə etmişlər və həmin gün evə buraxmışlar. Həmin gün hospitalda Pənahin müayinəsi üçün bütün ödənişləri etmişdir. O, həmçinin qeyd etmişdir ki, hadisə baş verən zaman “Mercedes Benz C” markalı avtomobil dayanmış vəziyyətdə olmuşdur. O, geriyə hərəkət etdiyi üçün avtomobilinin sürəti 10 km/saatdan artıq olmamış, həmin vaxt güzgülərdən istifadə etməklə arxaya baxmış, lakin avtomobilin sol arxa qapısının açıq olduğunu görməmişdir. Təhlükə onun üçün geriyə hərəkət edərkən baş verən toqquşma zamanı yaranmış, həmin vaxt əyləcdən istifadə etməklə avtomobili tam dayandırsa da, artıq hadisə baş vermişdir. Həmin vaxt yolda mövcud olan şəhər elektrik işıqları yanmışdır. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş, bununla bağ müayinədən keçmişdir. Hadisə zamanı idarə etdiyi avtomobilin arxa bamperinin sağ künc hissəsində cüzi sürtünmə-cızıq izləri yaranmışdır, başqa heç bir zədə yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2021ci il tarixdə saat 22:40 radələrində oğlu Elvin Sadıqova məxsus olan və etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C 250” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Səbail rayonu, Badamdar qəsəbəsində, Ə.Nəzərov küçəsində və Badamdar şossesi istiqamətində yolun sağ kənarında saxlamışdır. Orada 2 saat gözlədikdən sonra avtomobildən enmiş və sol arxa qapını yarıaçıq vəziyyətdə saxlayıb arxa oturacağı təmizləyən zaman “Saipa Saina EX” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı mini avtomobili geriyə hərəkət edərək arxa bamperin sağ künc hissəsi ilə onun avtomobilinin yarıaçıq olan sol arxa qapısı tərəfdən toqquşmuşdur. Toqquşma zamanı onun hər iki baldır nahiyəsi qapı ilə avtomobilin ayaqaltı hissəsinin arasında qalmış və döş qəfəsi sıxılmışdır. Həmin avtomobilin sürücüsü Şəxs onu öz avtomobilinə əyləşdirmiş və ilkin tibbi yardım göstərilməsi üçün yaxınlıqda yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına aparmışdır. Orada onu müayinə etmişlər və müalicə təyin edib, həmin gün evə buraxmışlar. Həmin gün Şəxs hospitalda ödənişi etmiş, lakin sonrakı gün ödənişləri özü etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobilin sol hər iki qapıları zədələnmiş, sol arxa qapı əzilərək deformasiyaya uğramış, sol qabaq qapı isə qapılar arasında olan dirəyin zədələnməs nəticəsində bağlanmır. O, baş vermiş yol-nəqliyyat hadisəsi və aldığı xəsarətlə bağlı “Saipa Saina EX” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şikayətçidir. Şəxs ona dəymiş zuanı tam ödəməmiş, hadisə baş verən zaman yalnız xəstəxanaya aparmış və onun sonrakı vəziyyəti ilə maraqlanmamışdır. Ona görə də Şəxs sürücülük hüququnun məhdudlaşdırılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında baş vermiş yol-nəqliyya hadisəsi zamanı X2 xəsarət alması barədə daxil olmuş məluma əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış material Səbail RPİ-nin DYPŞ-yə göndərilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 42 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü X2 bədən üzərində müəyyən edilmiş xəsarətlər- sağ baldırın orta 1 /3-nin ön səthinin cərrahi tikişə ehtiyac olan əzilmiş yarası, sol baldırın orta və yuxarı 1/3-nin ön səthinin geniş ölçülü qançırı, eləcə dc döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yən xx.xx.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2021-ci il tarixli, 2/2033 nömrəli aktından görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:40 radələrində sürücü Şəxs idarə etdiyi “Saipa Saina EX“ markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili məhəllədaxili yoldan iki hərəkət istiqamətli Ə.Nəzərov küçəsinə geri hərəkət etdirərək avtomobilin arxa bamperinin sağ künc hissəsi ilə ünvan 1 ünvanında dayanmış vəziyyətdə olan “Mercedes Benz C 250” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarıaçıq vəziyyətdə olan sol arxa qapısı tərəfdən toqquşmuş və nəticədə baş vermiş yol-nəqliyya hadisəsi zamanı sonuncu avtomobilin sürücüsü X3 qapı ilə ayaqaltı hissəsinin arasında sıxılaraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarəti dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs oğlunun şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə zərərçəkmiş şəxsin Şəxs qarşı şikayəti və tələbinin olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 27, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar