Məhkəmə qərarları › İş №3(009)-44/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-44/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-44/2023 05.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X13, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, X14 vəkili Vəkil iştirakı ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 05 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6606/2021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə məbləğini müəyyən edilmiş müddət ərzində təmin etməmişdir. X8 Nouradin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X15 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001 )-6606/2021 saylı, 26.0102022-ci il tarixli icra sənədinə əsasən borclu X3 10000 manat alınaraq Behnia Baharehə verilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. İcra sənədi üzrə tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən məcburi icra tədbiri qismində borclunun adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlakla bağlı müvafiq sorğular göndərilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, izahatı alınmış, hazırda işsiz olduğunu borc məbləğini tam olaraq ödəyə bilmədiyini bildirmişdir. Tələbkarın etibarnamə üzrə nümayəndəsi və vəkil ilə birlikdə borclunun yaşadığı mənzilə baxış keçirilən mənzildə tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Birgə nikah dövründə əldə olunmuş və tələbin yönəldilə biləcəyi əmlakların möcüdluğu ilə bağlı elektron icra informasiya sistemi vasitəsilə aparılmış yoxlama zamanı borclunun arvadının da adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Müxtəlif tarixlərdə borclu şöbəyə dəvət edilmiş, onunla şifahi qaydada profilaktik söhbətlər aparılmış, lakin borclu maddi vəziyyəti və həyat yoldaşının ağır xəstə olması və azyaşlı uşaqlarının himayəsində olduğunu bildirərək borc məbləğinin tam olaraq ödənilməsini təmin edə bilmədiyini bildirmişdir. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixində şöbəyə dəvət edilmiş, onunla profilaktik söhbət aparılmış, məhkəmə qərarının icrasının məcburiliyi diqqətinə çatdırılmaqla ondan iltizam alınmışdır. Borclu xx.xx.2023-cü il tarixli izahatında hazırda borc məbləğindən 300 manat, sabah isə 200 manat ödəniş edə biləcəyini növbəti aydan isə aylıq 150-200 manat olmaqla ödəniş edəcəyini bildirmişdir. Göstərilənlərə əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahatında bildirmişdir ki, maddi vəziyyəti borcu birdəfəlik ödəməyə imkan vermir. Onun yoldaşı ağır xəstədi. Borc məbləğindən 300 manat ödəniş etmiş, hazırda isə 200 manat ödəniş edə biləcəyini növbəti aydan isə aylıq 150-200 manat olmaqla hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X14 vəkili Vəkil izahatında borcun hissə-hissə icra edilməsinə etiraz etdiyini, borclunun borcun ödənilməsindən qərəzli yayındığını bildirmiş və ona ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-6606/2021 saylı, 26.0102022-ci il tarixli icra sənədindən görünür ki, borclu X3 10000 manat alınaraq Behnia Baharehə verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X12 arasında nikah 23 avqust 1997-ci il tarixdə bağlanmış, 1182 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan yuxarı abdominal orqanların Komputer Tomoqrafiya müayinəsinin nəticəsinə dair hesabatdan görünür ki, X6 müayinəsinin nəticəsinə görə qaraciyərlərin hər iki payında cəmi 5 ədəd olmaqla konstastlanan lezyonlar (görünüşünə və kontrastlanma paterninə görə benign xarakterli olub, ilk növbədə adenomatoz ehtimalını düşündürməkdədir, klinik-laborator korrelyasiya və radioloi nəzarət məsləhətdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu X7 tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədlərini icra etməmiş və izahatında maddi imkanı olmadığından icra sənədini tam icra edə bilmədiyini, lakin hər ay müəyyən ödənişlər edə biləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu X4 yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X4 həyat yoldaşının ağır xəstə olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə X11 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə X9 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə X4 törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar