Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-442/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli 00100-0261/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına İsveçrədən AP59905/A2206E5 nömrəli avtomaşında 59249-39-3 saylı 03 dekabr 2020-ci il tarixli invoys üzrə idxal edilmiş və **********4975 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-nin 1-ci mal mövqeyində “vaqonlar üçün plastmassadan hazırlanmış döşəmə örtükləri” yükü istifadə olunmuş, 1242 ədəd, yer sayı 25y/h, 322.92 kq göstərildiyi halda, faktiki 2 yer, 18 ədəd, 1.476 kq olduğu, 3-cü mal mövqeyində “vaqonlar üçün izolyasiya materialları və vulkanlaşdırılmış rezindən digər məmulatlar” yükü istifadə olunmuş, 126 ədəd, 124.2 kq göstərildiyi halda, faktiki 1 palet 8 ədəd 73 kg olduğu və 5-ci mal mövgeyində göstərilən “vaqonların və ya dəmiryol nəqliyyat vasitələrinin hissələri”: 6 ədəd rezin qoruyucunun və 1 ədəd kabin hissəsi istifadə olunmuş kimi bəyan edilmişdir. Adı çəkilən malların hamısı istifadə olunmuş kimi bəyan edilmiş olsa da, gömrük yoxlaması zamanı bu malların istifadə olunmasına şübhə yarandığı qeyd edilmişdir. Mallara yenidən “İpək Yolu” gömrük postunda baxış keçirilmiş, **********4975 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların 59249-39-3 saylı 03 dekabr 2020-ci il tarixli invoys üzrə bəyan edildiyini, faktiki olaraq malların ədəd və çəki sayında uyğunsuz olmadığı, lakin 462 m2 “vaqonlar üçün döşəmə örtükləri” yükünün, 120 m2 “vaqonlar üçün rezindən izolyasiya məmulatı”nın, 6 ədəd qara rəngli şin formasında “rezin məmulat”ın və 1 ədəd vaqonda istifadə edilən “qarderobun hissəsi’’nin işlənmiş bəyan edildiyi halda, təzə olması əsaslı şübhə yaratmışdır. 34/024/000436 nömrəli materialın araşdırılması üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 462 m2 “vaqonlar üçün döşəmə örtükləri” yükünün, 120 m2“vaqonlar üçün rezindən izolyasiya məmulatı”nın, 6 ədəd qara rəngli şin formasında “rezin məmulat”ın və 1 ədəd vaqonda istifadə edilən “qarderobun hissəsi”nın işlənmiş bəyan edildiyi halda, təzə olması şübhəsi əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yaratdığından qeyd olunan malların təzə və ya işlənmiş olması, təzə olduğu halda malların 23 dekabr 2020-ci il tarixə orta bazar qiyməti barədə arayış verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/006-22/000229 nömrəli 14 yanvar 2021- ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/232 saylı 09 fevral 2021-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş malların təzə olduğu və ümumilikdə 23 dekabr 2020-ci il tarixə orta bazar qiyməti təxminən 12648 manat olduğu müəyyən edilmişdir. Həmin hissələrin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissədə olan cədvəldə göstərilmişdir. Araşdırma zamanı İsveçrədən ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən İsveçrədən Azərbaycan Respublikasına idxal etdiyi və Bakı Baş Gömrük İdarəsində **********4975 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/232 saylı 09 fevral 2021-ci il tarixli məhkəmə ekspertizası rəyinə əsasən cəmi orta bazar qiyməti təxminən 12648 manat olan 462 m2 “vaqonlar üçün döşəmə örtükləri”, 120 m2 “vaqonlar üçün rezindən izolyasiya məmulatı”, 6 ədəd qara rəngli şin formasında “rezin məmulat"ı və 1 ədəd vaqonda istifadə edilən “qarderobun hissəsi”ni təzə olduğu halda işlənmiş kimi bəyan etməklə, qeyd olunan malları gömrük oranına düzgün bəyan etmədiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/024/000436 saylı 08 noyabr 2020-ci il tarixli raport, 05 yanvar 2021-ci il tarixli yoxlama protokolu, 1400- 013/006-22/000229 nömrəli 14 yanvar 2021-ci il tarixli məktub, 9/232 saylı 09 fevral 2021ci il tarixli məhkəmə ekspertizası rəyi. **********4975 sorğu nömrəli 23 dekabr 2020-ci il tarixli gömrük bəyannaməsi, 59249-39-3 saylı 03 dekabr 2020-ci il tarixli invoys sənədi, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "Şəxs" MMC-nin ünvanına İsveçrədən AP59905/A2206E5 nömrəli avtomaşında 59249-39-3 saylı 03.12.2020-ci il tarixli invoys üzrə idxal edilmiş və **********4975 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, GB-nin 1-ci mal mövqeyində “vaqonlar üçün plastmassadan hazırlanmış döşəmə örtükləri” yükü istifadə olunmuş, 1242 ədəd, yer sayı 25y/h, 322.92 kq göstərildiyi halda, faktiki 2 yer, 18 ədəd, 1.476 kq olduğu, 3-cü mal mövqeyində “vaqonlar üçün izolyasiya materialları və vulkanlaşdırılmış rezindən digər məmulatlar” yükü istifadə olunmuş, 126 ədəd, 124.2 kq göstərildiyi halda, faktiki 1 palet 8 ədəd 73 kq olduğu və 5-ci mal mövqeyində göstərilən “vaqonların və ya dəmiryol nəqliyyat vasitələrinin hissələri”: 6 ədəd rezin qoryucunun və 1 ədəd kabin hissəsi istifadə olunmuş kimi bəyan edilmişdir. Adı çəkilən malların hamısı istifadə olunmuş kimi bəyan edilmiş olsa da, gömrük yoxlaması zamanı bu malların istifadə olunmasına şübhə yaranmışdır (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına AP59905/A2206E5 nömrə nişanlı avtomaşında daxıl olmuş və Bakı Baş Gömrük İdarəsində **********4975 saylı GB ilə bəyan edilmiş yer sayı 1735, çəkisi 4315 kq olan “vaqonlar üçün materail və hissələr ” yükünə gömrük yoxlaması keçirildi. Yoxlama zamanı, AP59905/A2206E5 nömrə nişanlı avtomaşında daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********4975 saylı GB-1-ci mal mövqeyində “vaqonlar üçün plastmassadan hazırlanmış döşəmə örtükləri” yükü istifadə olunmuş, 1242 ədəd, yer sayı 25y/h, 322.92 kq göstərildiyi halda, faktiki 2 yer, 18 ədəd, 1.476 kq olduğu, 3-cü mal mövqeyində “vaqonlar üçün izolyasiya materialları və vulkanlaşdırılmış rezindən digər məmulatlar” yükü istifadə olunmuş, 126 ədəd, 124.2 kq göstərildiyi halda, faktiki 1 palet 8 ədəd 73 kq olduğu və 5-ci mal mövqeyində göstərilən “vaqonların və ya dəmiryol nəqliyyat vasitələrinin hissələri”: 6 ədəd rezin qoryucunun və 1 ədəd kabin hissəsi istifadə olunmuş kimi bəyan edilmişdir. Adı çəkilən malların hamısı istifadə olunmuş kimi bəyan edilmiş olsa da, gömrük yoxlaması zamanı bu malların istifadədə olmasına şübhə yaranmışdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı təmin edilmiş və onun izahatından görünür ki, Şəxs MMC 2019cu il də təsis edilmişdir. Təsisçisi İsveçrə vətəndaşıdır. MMC-nin əsas fəaliyyəti İsveçrədən qatar hissələri idxal edərək Bakı səhərində Stadler markalı qatarların təmiri ilə məşğul olacaqdır, ilk dəfə idi ki, ölkəyə mal idxal ediridilər. Sonuncu dəfə AP59905/A2206E5 qeydiyyat nişanlı avtomaşınla İsveçrədən daxil olmuş vaqon iç hissələri Bakı Baş Gömrük idarəsində **********4975 sorğu nömrəli 23 dekabr 2020-ci il tarixli bəyannamə ilə bəyan edilmişdir. Bəyannamədə mallar müqaviləyə uyğun olaraq işlənmiş kimi bəyan edilmişdir. Mallara gömrük əməkdaşı tərəfindən baxış keçirilərkən malların işlənmiş deyil təzə olmasına dair şübhələri yaranmışdır. 462 m2 “vaqonlar üçün döşəmə örtükləri” yükü, 120 m2 vaqonlar üçün rezindən izolyasiya məmulatı, 6 ədəd qara rəngli şin formasında “rezin məmulat”ı və 1 ədəd vaqonda istifadə edilən qarderobun hissəsi Məhməmə ekspertizası mərkəzinə verildikdən sonra məlum oldu ki, mallar təzədir. X3 AG şirkəti ilə bağlanmış TM04/20 nömrəli 01 iyun 2020-ci il tarixli müqavilə əsasında idxal edilmişdir, mallar 2014- 2015-2016-cı illərə aiddir, İsveçrədə mallar köhnəlmiş sinifə aid edildiyindən müqavilədə o cür qeyd edilmişdir. Malları faktiki olaraq sənədlərdə qeyd olunanlara əsasən bəyan etmişlər. Gömrük ödənişlərindən heç bir yayınma niyyətləri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 9/232 nömrəli Ekspert Arayışından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə malların ümumilikdə 23 dekabr 2020-ci il tarixə orta bazar qiyməti təxminən 12648.80 manat müəyyən edilmişdir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin qeydinə əsasən gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda" dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC -dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 3794.64 (üç min yeddi yüz doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 ( bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-442/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-442/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver