Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-443/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 00100-0259/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına Türkiyə Respublikasının “X4 San. Ve Dış. Tc. LTD. ŞTİ” şirkətindən 42GT080/42EDU57 nömrə nişanlı yük avtomaşınında GİB**********003 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X1 İdarəsinə 1400-012/0xx-xx/000809 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-013/0xxxx/000723 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına GİB**********003 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədinin 17-ci mövqeyi üzrə idxal olunan otbiçən maşının bıçaqları XİFMN-ə görə ********** kod altında sinifləşdirilir və kənd təsərrüfatı təyinatlıdır. Bununla da, X1 İdarəsinin rəyinə əsasən otbiçən maşının bıçaqları yükünün XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə “15” % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuş və müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 867,00 manat, ƏDV üzrə 1196,46 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,4 manat olmaqla ümumilikdə 2098,86 manat təşkil edir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, idxal edilmiş otbiçən masının bıçaqları yükünün XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə “xxxx” MMC tərəfindən ümumilikdə 2098,86 manat məbləğində əlavə gömrük ödənişləri yaranır. Bildirilir ki, **********3821 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 1196,67 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-1977/20 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs “xxxx” MMC barəsində 00100- 1977/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/1964 nömrəli xx.xx.2020-ci il tarixli Qərarla xitam verilmişdir. Həmçinin, “xxxx” MMC **********8307 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 2277,70 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə MMC barəsində 00100-2652/20 nömrəli protokol tərtib edilmiş və toplanmış materiallar 1400-013/0xx-xx/009625 nömrəli xx.xx.2020-ci il tarixli məktubla Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 42GT080/42EDU57 nömrəli avtomaşınla, GİB**********003 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük canına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “843390 0000” və “843049 0000” saylı kodlar altında “0” %-li gömrük rüsumu dərəcəsi ilə və kənd təsərrüfatı təyinatı adı altında bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/0xx-xx/000723 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən GİB**********003 saylı xx.xx.2021-ci il tarixli invoysun 10-26-cı mövqeyi üzrə idxal olunan “Ağac əkmək üçün yer qazan burğu, otbiçən maşının müxtəlif ehtiyyat hissələri, otbiçən maşının bıçaqları” yüklərinin XİF MN üzrə 43049 0000”, “843390 0000”, “820840 0000” saylı kodlar altında sinifləşdirildiyi, yəni “0”, “0”, 15 % gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş “Ağac əkmək üçün yer qazan burğu, otbiçən maşının müxtəlif ehtiyyat hissələri, itbiçən maşının biçaqları” yüklərinin XİF MN üzrə “843049 0000”, “843390 0000”, “820840 0000 saylı kodlar altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 867 azn, ƏDV üzrə 1196,46 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.4 azn təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, Türkiyə Respublikasının “X4 San. Ve Dış. Tc. LTD. ƏTİ” şirkətindən “xxxx" MMC-nin ünvanına 42GT080/42EDU57 nömrə nişanlı yük avtomaşınında avtomaşınında kənd təsərrüfatında istifadə olunan texnika və onların hissələri- traktora qoşula bilən kotanlar, 3-lü sabit pulluk 10-5 ədəd, texnika və onların hissələri yükü Qırmızı körpü gömrük postundan keçməklə daxil olmuşdur. İş materiallarında olan X3 İdarəsinin xx.xx.2021-ci il tarixli 2200-013/0xx-xx/000723 saylı Rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "Şəxs" MMC-nin ünvanına GİB**********003 nömrəli xx.xx.2021-ci il tarixli invoysun 10-26 mövqeləri üzrə idxal olunan Ağac əkmək üçün yer qazan burğu, otbiçən maşının müxtəlif ehtiyyat hissələri, otbiçən maşının bıçaqları kənd təsərrüfatı təyinatlıdır və XİF MN-ə görə 8430 49 000 0, 8433 90 000 0, 8208 40 000 0 saylı kodlar altında sinifləşdirilir. İş materiallarında olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli 00100/1964 saylı Qərardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə 00100-1977/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və Azərbaycan Respublikasının İXM-nin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatında bildirdi ki, “xxxx" MMC-nin ünvanına xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının “X4 San. Ve Dış. Tc. LTD. ƏTİ” şirkətindən 42GT080/42EDU57 nömrə nişanlı yük avtomaşınında kənd təsərrüfatında istifadə olunan texnika və onların hissələri yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, 42GT080/42EDU57 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Şəxs MMC və Türkiyə Respublikasının “X4 San. Ve Dış. Tc. LTD. ŞTİ” şirkəti arasında bağlanmış FMT-19007 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında idxal edilmiş, Türkiyə Respublikasının “X4 San. Ve Dış. Tc. LTD. ŞTİ” şirkətindər 42GT080/42EDU57 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində mal-müşayiət sənədlərində qeyd edilən məlumatlara əsasən **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin şirkət tərəfindər göndərilmiş ixrac bəyannaməsində və invoys sənədində göstərilən kodlar **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, lakin, mallarıı rəsmiləşdirilməsi həyata keçirilən zaman X1 İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, **********5887 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 9-cu mal mövqeyində (GİB**********003 nömrəli invoys sənədinin 17-c mövqeyi) göstərilən mallar bəyan edilən ********** kod altında deyil, fərqli kod altınd sinifləşdirilir, X1 İdarəsinin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazırdırlar. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 %-i məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 1469.20 (bir min dörd yüz altmış doqquz manat 20 qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-443/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-443/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver