Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-443/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilən MN ******* saylı xx.xx.2023-cü il tarixli və MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar və materiallarla müəyyən edildi ki, məhkəməyə daxil olmuş işlər üzrə eyni şəxs tərəfindən 2 (iki) şəxsə - zərərçəkənlərə qarşı oğurluq hadisəsi törətmiş, hər bir zərərçəkənə münasibətdə ayrı-ayrı protokollar tərtib edilmişdir. Ona görə hesab edirəm ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Həmçinin 3(009)-442/2023 və 3(009)-443/2023 saylı inzibati xətalar dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(009)- 442/2023 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. 3(009)-443/2023 saylı inzibati xəta haqqında işin materialları başqa işlə birləşdirildiyindən, həmin iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda, və ya müxtəlif vaxtlarda bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 3(009)-442/2023 və 3(009)-443/2023 saylı inzibati xətalar dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)-442/2023 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. İş başqa işə birləşdirildiyindən 3(009)-443/2023 saylı inzibti xəta haqqında iş üzrə icraata xitam verilsin. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-443/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-443/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver