Məhkəmə qərarları › İş №3(009)-45/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-45/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-45/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs onun mülkiyyətində (istifadəsində) olan “Toyota Hilux minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili X5 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, səfərbərliklə əlaqədar idarə, müəssisə və təşkilatlardan hərbi-nəqliyyat vasitələrinin götürülməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin 02/xx xxxxxxx 2020-ci il tarixli aktına əsasən xx xxxxxxx 2020-ci il tarixdə “Toyota Hilux minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi götürülərək müvafiq hərbi hissəyə göndərilmişdir. Hazırki iş üzrə inzibati xəta isə xx xxxxxxx 2020-ci il tarixdə baş vermişdir. Bundan əlavə Şəxs direktorunun məktubu ilə bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X11 məlumat verilmiş və həmin qurumdan alınmış cavab məktubuna əsasən qeyd edilən avtomobilin müvafiq quruma təhvil verildiyi nəzərə alınaraq təhvil verildiyi tarixdən sonra idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə iş üzrə başlanılmış icraata xitam verilməsi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Şəxsnə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Toyota Hilux minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 12:01-də Yevlax Gəncə yolunun 311.6 km/də yolda müəyyən edilmiş hərəkət surətinin aşıldığından Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxxx 2020-ci il tarixdə Şəxs məsul şəxsi (Salamov) tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan səfərbərliklə əlaqədar idarə, müəssisə və təşkilatlardan hərbinəqliyyat vasitələrinin götürülməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin 02/xx xxxxxxx 2020-ci il tarixli aktından görünür ki, “Toyota Hilux minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi götürülərək müvafiq hərbi hissəyə göndərilmişdir. İş materiallarında olan Şəxs direktorunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 verilmiş cavab məktubundan görünür ki, “Toyota Hilux minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvafiq quruma təhvil verildiyi nəzərə alınaraq, təhvil verildiyi tarixdən sonra idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə iş üzrə başlanılmış icraata xitam verilməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin 02/xx xxxxxxx 2020-ci il tarixli aktına əsasən xx xxxxxxx 2020-ci il tarixdə “Toyota Hilux minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi götürülərək müvafiq hərbi hissəyə göndərilmişdir. Hazırki iş üzrə inzibati xəta isə xx xxxxxxx 2020-ci il tarixdə baş vermişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs direktorunun məktubu ilə bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X11 məlumat verilmiş və həmin qurumdan alınmış cavab məktubuna əsasən qeyd edilən avtomobilin müvafiq quruma təhvil verildiyi nəzərə alınaraq təhvil verildiyi tarixdən sonra idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə iş üzrə başlanılmış icraata xitam verilməsi qeyd edilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi xx xxxxxxx 2020-ci il tarixdə baş vermişdir. Halbu ki, həmin vaxt “Toyota Hilux minik” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs əməkdaşı tərəfindən deyil, başqa şəxs tərəfindən idarə edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar