Məhkəmə qərarları › İş №3(009)-450/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-450/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-450/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-148/2021 saylı icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 148/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxx 2011ci il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs xx.xx.2021-ci il tarixdə şöbədə olarkən izahat yazmaqdan imtina etmişdir. Hazırda isə aliment borcu 2040 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, tələbin könüllü icrası ilə bağlı bildirişi xx xxxxxx 2021-ci il tarixdə almışdır. Onun icra sənədindən məlumatı olmamışdır. Göstərdiklərini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 qızı izahatında göstərmişdir ki, borclu Şəxs alimenti ödəmir, borclu barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-148/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-148/2021 saylı icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-148/2021 saylı icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. Həmçinin həmin bildirişin üzərində “tanış oldum Şəxs xx.xx.2021” məzmmunlu qeyd yazılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-148/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-148/2021 saylı icra sənədində göstərilən 2040 manat borc, borclu tərəfindən mütəmadi olaraq aliment borcunu ödəməkdən yayınması nəticəsində yaranmamışdır. Qeyd edilən aliment borcu icra sənədində borcludan tutulmalı olan alimentin xx.xx.2020-ci il tarixdən başlayaraq ödənilməsi nəticəsində yaranmışdır. Yəni, məhkəmənin qətnaməsi xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, həmin qətnamədə isə alimentin tutulması iddiaçının müraciət etdiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, materialda borclunun xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş almasına dair heç bir sübut aşkar edilməmişdir. Əksinə materiala əlavə edilmiş bildirişdən görünür ki, borclu qeyd edilən bildirişlə xx.xx.2021-ci il tarixdə İcra şöbəsində tanış olmuşdur. Halbu ki, “İcra Haqqında Azərbaycan Respublikası Qanununun” 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Göründüyü kimi icra məmuru qeyd edilən hallara məhəl qoymayaraq, hələ icra sənədindən məlumatı olmayan borclu barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Baxmayaraq ki, borclunun xx.xx.2021-ci il tarixdən başlayaraq hələ icra sənədinin könüllü icra etməsi üçün 10 gün müddəti vardır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Hazırki işdə isə borclunun qeyd edilən icra sənədini üzrsüz səbəbdən, yəni qəsdən icra etməməsi görünmür. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və y bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar