Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-451/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, «ANC GROUP” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «ANC GROUP” MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 15 fevral 2022-ci il tarixdə, saat 15:20də ünvan 1 ünvanında yerləşən “Rahat Market”-də işçi X1 rejimi dövründə tibbi maskadan istifadə etmədiyi aşkarlanmışdır. Nəticədə, «ANC GROUP” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsininə və «ANC GROUP” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsininin və «ANC GROUP” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin və «ANC GROUP” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «ANC GROUP” MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan aktdan görünür ki, 15 fevral 2022-ci il tarixdə, saat 15:20-də ünvan 2 ünvanında yerləşən vergi ödəyicisi «ANC GROUP” MMC-yə məxsus “Rahat Market”-də Nazirlər Kabinetinin müvafiq Qərarlarının və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Belə ki, vergi ödəyicisinə məxsus obyektdə qoruyucu vasitə tibbi maskadan istifadə etmədən xidmət göstərilmiş və bu fakt çəkilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Vergi ödəyicisinin rəhbəri və ya nümayəndəsi obyektdə olmaması səbəbindən aşkar edilmiş pozuntularla bağlı vergi ödəyicisinin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən, vergi ödəyicisi tərtib ediləcək protokola imza etməsi və bir nüsxəsinin alması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, mağazada tibbi maskadan istifadə edilməmişdir. İş materiallarına əlavə edilmiş X4 izahatından görünür ki, ani unutqanlıq səbəbindən tibbi maskadan istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli 3(006)-3672/2021 nömrəli qərarından görünür ki, «ANC GROUP” MMC 11.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "ANC' MMC-nin etirazından görünür ki, Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidməti. Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 15.02.2022-ci il tarixdə "xxxx" MMC barədə İXM-nin 21 1.3-cli maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 15.02.2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilib. Protokola əsasən "xxxx" MMC-nin, Əhalinin X3-X2 Əleyhinə Olan inzibati Xəta törətdiyini və İXM-nin 211.3-cü maddəsi ilə məsuliyyəti göstərilib. Protokolda göstərilib ki, “ANC Group" MMC-yə aid olan və ünvan 3 ünvanında yerləşən “Rahat" Marketdə MMC-nin əməkdaşı maska olmadan xidmət göstərmişdir. Onlar hesab edir ki, "xxxx"un inzibati xəta törətməsinə dair sübutlar kifayət deyil və yaranmış ziddiyətli məqamlar Şəxs-un xeyrinə hesablanmalıdır. Onlar hesab edir ki, aydınlıq gətirilməmiş ziddiyətli məqamlarla onlar inzibati məsuliyyətə cəlb edilə bilməzlər. Yaranmış şübhələr və ziddiyətlər hər bir halda İXM-nin 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox. həmin şübhələri və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll olunması müəyyən olunub. Əməlin inzibati xəta hesab olunması üçün İXM-də müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalı yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən valnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuluyyəti yalnız İXM-nin 18-ci maddəsi ilə müəyyən olunmuşdur. Beləliklə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə İXM-nin 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxslərin xeyrinə və ya onıun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsluyyətinə səbəb olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki. həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Belə ki, işçinin fərdi qoruyucu vasitələrdən istifadə etməməklə xidmət göstərməsi nəticəsində hüquqi şəxsin xeyrinin nədən ibarət olması və ya onun hansı maraqlarının qorunması ümumiyyətlə göstərilməmişdir. İşçi maska taxmayıb xidmət göstərirsə işçinin belə formada xidmətindən hüquqi şəxs hər hansısa fərqli, əlavə bir xeyir götürmür və ya hüquqi şəxsin hansısa marağı işçinin maska taxmadan fəaliyyət göstərməsi ilə qorunmur. Belə ki, işçinin maska taxıb xidmət göstərməsi ilə maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında əlaqə yoxdur. Bununla da işçi maska taxmadan fəaliyyət göstərisə, bu hal məhz həmin işçinin özünün məsuliyyətinə səbəb ola bilər. İşçinin belə bir inzibati xətası nəticəsində isə hüquqi şəxs hər hansı bir fərqli əlavə xeyir əldə etmir və ya bu inzibati xəta ilə onun maraqları qorunmuş olmur. Bu inzibati xəta hüquqi şəxsin xeyrinə törədilmiş olmur. Beləliklə işçinin məhz fərdi qoruyucu vasitələrdən istifadə etməməklə xidmət göstərməsi ilə işçinin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Yuxarıda göstərilənlərə, AR İXM-nin 40, 43, 48-51 maddələrinə əsasən və Azərbaycan Respublikası AR İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidməti. Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 15.02.2022-ci il tarixdə "xxxx" MMC barədə İXM-nin 211.3-cıi maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 15.02.2022-ci il tarixli. MN ******* saylı protokolun ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 fevral 2022-ci il tarixdə, saat 15:20-də Bakı şəhəri Səbail Rayonu, Qurban Abbasov küçəsi ev 32, mənzil 32 ünvanında yerləşən “Rahat Market”-də qoruyucu vasitə tibbi maskadan istifadə etmədən xidmət göstərilməsi halı müəyyən olunmuş, eyni zamanda iş materialları ilə müəyyən olunur ki, «ANC GROUP” MMC tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, «ANC GROUP” MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, «ANC GROUP” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 211.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «ANC GROUP” MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-451/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-451/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver