Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-452/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi X7 İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X10 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair A Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 2-ci ərazi X10 İdarəsi tərəfindən tərtib olunmuş 09 fevral 2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 05-09 fevral 2024-cü il tarixdə X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yərləşən “Loona Bistro” gecə əyləncə klubu adlı obyektdə planlı yanğın texniki müayinə zamanı sahibkar Şəxs yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim etməmiş, yoxlama zamanı yaranmış suallara yanlış məlumat vermiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaratmamışdır. X2 tərəfindən Azərbaycan Respublikasının İXMnin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi X7 İdarəsinin nümayəndəsi Nümayəndə, protokolu müdafiə edərək X5 barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5, protokol ilə razılaşaraq aşağı tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin 2-ci ərazi X7 İdarəsinin rəisi vəzifəsini icra edən,daxili xidmət polkovniki Zaur Həmidovun xx.xx.2024-cü il tarixli 0611 saylı qərarından görünür ki, X4 (VÖEN 310.48206.82) məxsus olan ünvan 1 ünvanında yerləşən obyektdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar alınmışdır. İş materiallarına əlavə edilmiş 01 fevral 2024-ci il tarixli, KY242077403 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışından görünür ki, FHN X7 Xidməti tərəfindən “Loona Bistro gecə əyləncə klubu” adlı obyektdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində plan üzrə (növbət) cari fəaliyyətinin yanğın- texniki təhlükəsizliyinin müayinəsi aparılması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 09 fevral 2024-cü il tarixli aktdan görünür ki, 05-09 fevral 2024-cü il tarixdə X3 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yərləşən “Loona Bistro gecə əyləncə klubu” adlı obyektdə planlı yanğın texniki müayinə zamanı sahibkar X5 yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim etməməsi,yoxlama zamanı yaranmış suallara yanlış məlumat verməsi,habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaratmaması faktları aşkar edilmişdir. Azərbayjan Respublikasının Vergi Məcəlləsinin 15.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır. Azərbayjan Respublikasının Vergi Məcəlləsinin 16.1.5-ci maddəsinə əsasən vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək, həmin Məcəllənin 16.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, həmin Məcəllənin 16.1.11-5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarının vəzifəli şəxslərinə əmlakın siyahıya alınmasına, həmin əmlakın məsul saxlamaya qoyulması üçün götürülməsinə zəruri şərait yaratmaq, habelə onların bu sahədə qanuni fəaliyyətlərinə maneçilik törətməmək vergi ödəyəjəsinin vəzifələridir. Qanunun yuxarıda qeyd olunan normalarına əsasən vergi yoxlayıcısının istehsalat sahəsinə buraxılması və orada yoxlamanın aparılmasına şəraitin yaradılması vergi ödəyicisinin və yaxud onun səlahiyyətli nüməyəndəsinin birbaşa vəzifəsi olmuşdur ki, bu vəzifələr onlar tərəfindən icra olunmamışdır. Bu zaman vergi ödəyicisinin və yaxud onun səlahiyyətli nümayəndəsinin vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalqıqları təqdirdə, onlardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ olmuşdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, X3 əməli Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, X5 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şəxsiyyətini xarakretizə edən halları və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-452/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-452/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver