Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-454/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Bakı şəhəri DYPİ-nin polis leytenantı X3 xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin polis leytenantı X3 xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Bakı şəhər DYPİ-nin polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilərək 400 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Qərarı qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, sözügedən qərar qəbul edilən zaman ona məlumat verilməmişdir. O, həmin qərarı yalnız xx.xx.2021-ci il tarixdə əldə etmiş və həmin vaxt ona məlum olmuşdur ki, əlavə olaraq da 76 manat dəbbə pulu hesablanmışdır. Barəsində Bakı şəhər DYPİ-nin inspektoru tərəfindən tərtib edilmiş protokolun tərtib edilməsində də mühüm pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd edir ki, barəsində tərtib edilmiş protokol qanunsuz olmuşdur. Çünki Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3459/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə geri qaytarılmışdır. Həmin qərarda da qeyd edilmişdir ki, barəsində tərtib edilmiş protokolda açıq yalnışlıqlara yol verilmişdir. Buna baxmayaraq Bakı şəhər DYPİ-nin polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilərək 400 manat məbləğində cərimə edilmişdir. Buna əlavə olaraq ona 76 manat dəbbə pulu hesablanmışdır. Halbuki onun həmin qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Lakin Bakı şəhər DYPİ bir inzibati orqan kimi vətəndaş olaraq ona barəsində qəbul edilmiş qərar barədə məlumat vermək öhdəliyi daşıyır. Həmin öhdəliyi yerinə yetirmədiyi üçün inzibati orqanın bu qanunsuz hərəkəti nəticəsində ona əlavə olaraq 76 manat dəbbə pulu hesablanmışdır. Halbuki inzibati orqan tərəfindən ona vaxtında məlumat verilsəydi o həmin cərimə ilə razılaşıb ödəniş etsəydi 40 manat ödnişdən azad edilərək 360 manat ödəniş etməli olacaqdı. İndi isə 476 manat ödəniş etməlidir. Belə olan halda da inzibati orqan tərəfindən qəbul edilmiş qərar maddi vəziyyətini bir daha ağırlaşdırır. Ona görə də o, barəsində Bakı şəhər DYPİ-nin polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi və ya həmin qərarla hesablanmış dəbbu pulundan azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. X8 Şakir oğluna və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, X5 şikayət ərizəsini və iş materiallarını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 400 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Şikayət ərizəsinə X2 vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə və ya tibbi müayinəyə aparılmaqla müəyyən edilib-edilməsi barədə heç bir məlumat əlavə edilməmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X10 oğlunun əməli düzgün olaraq İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, eyni zamanda şikayət ərizəsinə qərarın nə vaxt ona təqdim edilməsi, sərxoş vəziyyətdə olubolmamasının hansı qaydada yoxlanılması, tibbi müayinə keçirilib-keçirilməməsi barədə heç bir məlumat əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X10 oğlunun barəsində Bakı şəhəri DYPİ-nin Polis leytenantı X9 oğlu tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X10 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri DYPİ-nin Polis leytenantı X9 oğlunun xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-454/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-454/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver