Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-456/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 fevral 2022-ci il tarixli 00100-0355/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayonu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC MMC-nin ünvanına Türkiyə Respublikasından 08K5136/08K5795 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********1946 sorğu nömrəli 27.08.2021-ci il tarixli Gömrük Bəyannaməsi əsasında 27.12.2021-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 4 ədəd dağ mədən sənayesində istifadə olan konveyer yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Daşkəsən rayonu "xxxx" QSC-nin X2 Emal Sahəsi zavoduna saxlanılmış malların yoxlanması üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə 1400- 013/006-25/000581 nömrəli 27.01.2022-ci il tarixli məktubla müraciət edilmiş, adı qeyd olunan İdarədən daxil olmuş 1600- 012/001-25/000516 nömrəli 08.02.2022-ci il tarixli məktuba əsasən "X7” MMC-nin **********1946 sorğu nömrəli 27.08.2021-ci il tarixli və **********4228 sorğu nömrəıli 30.08.2021-ci il tarixli gömrük bəyannamələri üzrə müvəgqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş mallara "xxxx" QSC-nin X2 Emal Sahəsi zavodunda baxış keçirildiyi, baxış zamanı qeyd olunan bəyannamələr üzrə mallar saxlanc yerində quraşdırılmış vəziyyətdə istifadə olunmadan saxlanıldığını, tərtib edilmiş 01.02.2022-ci il tarixli protokol və malların ümumi görünüşünün foto şəkilləri çəkilərək məktuba əlavə edildiyi müəyyən edilmişdir. Nəticədə “X7” MMC Türkiyə Respublikasından idxal etdiyi malların müvəqqəti saxlanc müddəti 28.12,2021-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 protokola etiraz edərək, bildirdi ki, Şəxs MMC-nin əsasə fəaliyyət dağ-mədən və tikinti avadanlıqlarının idxalından və serviz xidmətindən ibarət olduğunu, nümayəndəsi olduğu MMC əsasən Avropa ölkələrindən dağ-mədən və tikinti lahiyələrinin icrası üçün sənaye avadanlıqlarını ölkə ərazisinə idxal etdiyini, 2021-ci ilin avqust ayında 08AAR977/08K7295 və 08K5136/08K5795 qeydiyyat nişanlı avtomaşınlarla Şəxs MMC ünvanına cəmi 11 ədəd konveyer avadalıqları daxil olduğunu, mallar Bakı Baş Gömrük İdarəsində bəyan edildiyini, gömrük oprqanı tərəfindən mallar ehtivvat hissələr kimi bəyan edilməli olduğunu bildirdiklərini, mallar komple şəklində konveyerdi, dağ mədən sənayesində istifadə olunan avadanlıq olduğunu, mallar tam olaraq ölkə ərazisinə daxil olsun, daha sonra cəm olarq komple şəklində malların XİF MN kodunun müəyyən edilməsi üçün ekspertiza idarəsinə müraciət olunmasınını qərarlaşdırdıqlarını, ona görədə mallar **********1946 sorğu nömrəli 27.08.2021-ci il tarixli və **********4228 sorğu nömrəli 30.08.2021-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edilərək rəsmiləşdirildiyini, malların saxlanc müddəti 27.12.2021 və 30.12.2021-ci il tarixdə basa çatdığını, mallara dair sənədlər gec göndərildiyindən vaxtında malları digər gömrük proseduru altında bəyan etmədiklərini, mallar hal-hazırda Daşkəsən rayonunda "xxxx" QSC-nin X2 Emal Sahəsi zavodundadır, orada saxlanılır və üzərində heç bir sərəncam verilmədiyini, halhazırda mallar tam olarag bəyan edilməyə hazır olduqlarını, malların bir hissəsi istisna olmaqla digər mallar ölkə ərazisinə gətirildiyini, mallar rəsmiləşdirilməyə tam olarag hazır olduğunu malların saxlanc müddətinin pozulması səbəbi kimi, malların Türkiyə Respublikasından gec göndərilməsi olduğunu və gömrük Qaydalarının pozulduğunu etiraf etdiklərini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən **********2993 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Şəxs MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış 30.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs MMC-nin adına Türkiyədən 24.08.2021-ci il tarixli EGR**********0071 nömrəli invoysla mallar (Dağ mədən sənayesində istifadə olunan konveyer avadanlığı) gəlmişdir. Həmin malları "xxxx" QSC-nin Daşkəsən rayonunda yerləşən X3 Emal Sahesi zavoduna boşaldılmasına və saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilməsi xahiş olunur. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük idarəsinin məktubundan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsində 34/012/001617 nömrəli materialın araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 08K5136/08K5795 və 08AAR977/08K7295 nömrə nişanlı yük avtomaşınlarında daxil olmuş “dağ mədən sənayesində istifadə olunan konveyer asadanlıqlar” yükü **********1946 sorğu nömrəli 27.08.2021-ci il tarixli və **********4228 sorğu nömrəli 30.08.2021-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilmişdir. Lakin, malların saxlanc müddətinin bitməsinə baxmayaraq adı qeyd olunan MMC tərəfindən sözügedən yüklərin gömrük rəsmiləşdirilməsi başa çatdırılmamış və ya digər gömrük proseduru altında bəyan edilməmişdir. Faktla bağlı Şəxs MMC-nin icraçı direktoru X5 (**********) 26 yanvar 2022-ci il tarixdə BBG-nin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsində izahat verərək bildirmişdir ki, **********1946 sorğu nömrəli və **********4228 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən mallar Daşkəsən rayonunda "xxxx" QSC-nin X3 Emal Sahəsi zavodundadır, toxunulmazdır, istifadə edilməyib və üzərində heç bir sərəncam verilməyib. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük idarəsinin 01.02.2022-ci il tarixli yükə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 08K5136/08K5795 və 08AAR977/08K7295 nömrə nişanlı yük avtomaşınlarında daxil olmuş “dağ mədən sənayesində istifadə olunan konveyer asadanlıqlar” yükü **********1946 sorğu nömrəli 27.08.2021-ci il tarixli və **********4228 sorğu nömrəli 30.08.2021-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Daşkəsən rayonunda "xxxx" QSC-nin X3 Emal Sahəsi zavodunda saxlancda olan qeyd olunan bəyannamələr üzrə mallara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan bəyannamələr üzrə mallar saxlanc yerində quraşdırılmış vəziyyətdə istifadə olunmadan saxlanılır. Protokola malların fotoşəkilləri əlavə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış nümayəndənin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-456/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-456/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver