Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-46/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edib, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan barəsində inzibati iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Səbail RPİ-nin DYPŞ-dən Agentliyə məxsus “Toyota Camry minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatın verilməsinə dair xx.xx.2020-ci il tarixdə Agentliyə sorğu daxil olmuşdur. Həmin sorğuya rəsmi olaraq cavab verilmiş və Səbail RPİ-nin əməkdaşı tərəfindən qəbul edilmişdir. Həmin sorğuya cavab məktubu məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, işə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə ünvanladığı sorğudan görünür ki, həmin idarə mülkiyyətində olan “Toyota Camry minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 12:18-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin sorğusu xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin məsul şəxsi (Əlizadə) tərəfindən qəbul edilmişdir. İş materiallanda olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Səbail RPİ-yə ünvanlanmış xx xxx 2020-ci il tarilxi məlumatın verilməsi haqqında məktubdan görünür ki, xx xxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək “Toyota Camry minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 (sürücülük vəsiqəsi AD 014586) tərəfindən idarə edilməsi qeyd edilmiş, eləcə də həmin məktub şəxsən polis idarəsinin əməkdaşı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail RPİ-nin “Toyota Camry minik” markalı, **-AS- *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 12:18-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə sorğu göndərilmiş, qeyd edilən sorğu isə xx xxx 2020ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Səbail RPİ-yə xx xxxxxxx 2020-ci il tarixdə məlumatın verilməsi haqqında məktub göndərilərək, xx.xx.2020-ci il tarixində “Toyota Camry minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 (sürücülük vəsiqəsi AD 014586) tərəfindən idarə edildiyi göstərilmişdir. Təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Səbail RPİ-dən sorğunu aldı gündən 5 gün müddətində həmin sorğuya cavab verdiyindən, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (xx xxxxxx 2020-ci il tarixli, İXP 3633242) Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-46/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-46/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver