Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-461/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Bakı Şəhəri Dövlət X6 tərtib etdiyi TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Dövlət X6 tərtib etdiyi TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Şikayətdən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə, YPX əməkdaşı X3 barəsində Bakı, Nəsimi 25 küçəsində yol hərəkəti qaydasını pozduğuna görə inzibati protokol tərtib etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Dövlət X6 TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə tənbeh növü seçilmişdir. X1 öz ünvanını ünvan 1 mənzil 20 olaraq qeyd etmişdir. Bu hal “Elektron məhkəmə sistemindən” əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Hazırkı iş üzrə hadisənin hansı rayon ərazisində törədilməsi şikayətdə göstərilməmiş, qeyd edilən ünvanı məlumatı ilə hadisənin harada törədilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iş üzrə müəyyən edilir ki, X2 şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən qeydiyyat və yaşayış ünvanı ünvan 1 mənzil 20-dir. Qeyd edilənlərə əsasən hazırkı şikayətin ərazi üzrə məhkəmə aidiyyətinin Səbail Rayon Məhkəməsinə aid olmasını müəyyən etmək olmur. Beləliklə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi qaydası pozulmaqla verilmiş şikayətə Səbail Rayon Məhkəməsində baxıla bilməz, həmçinin inzibati xəta hadisəsinin törədildiyi yer də təqdim edilmiş sənədlərlə müəyyən edilə bilmədiyi üçün, şikayət aidiyyəti üzrə göndərilə bilmir. Bu səbəbdən də şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Dövlət X6 tərtib etdiyi TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayəti və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərarda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. HAKİM: GÜNEL SƏMƏDOVA
Məhkəmə qərarları › İş №3(009)-461/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-461/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver