Məhkəmə qərarları › İş №3(009)-464/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-464/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-464/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X13 vəkili “ İsmayılov və partnyorları” Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin inzibati tənbeh vermə haqqında QYB-019/20 nömrəli, 05.10.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair X13 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarlarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 3(009)-2324/2020 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarları ləğv edilmiş və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 11.02.2021-ci il tarixli, 3(103)-279/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş şikayətinin qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarlarının ləğv edilmiş və işə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 3(009)-2324/2020 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 3(009)-464/2021 saylı qərarı ilə X13 şikayətinin təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarlarının dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan X20 apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 06.05.2021-ci il tarixli, 3(103)-1055/2021 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X20 tərəfindən apelyasiya qaydasında verilmiş şikayətin təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdır. X20 şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 06446416 MN nömrəli 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cii maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət vermiş, 05 oktyabr 2020-ci il tarixli qərar ilə şikayət təmin edilməmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati tənbeh ona görə tətbiq edilmişdir ki, guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. “28 May” Neft və Qazçıxartma İdarəsinin işçisi X8 2020-ci ilin yanvar ayında idarəyə 17 günlük xəstəlik vərəqəsi təqdim etmişdir. Qanunvericiliyə uyğun olaraq, xəstəlik vərəqəsinin 14 günü İdarə tərəfindən ödənilmiş, 3 günün ödənişinin aparılması üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndərilmişdir. Aydın Məhərrəmov 2020-ci ilin yanvar, fevral və mart ayı üçün idarəyə 4 xəstəlik vərəqəsi təqdim etmişdir. Son 2 xəstəlik vərəqəsini İdarəyə mart ayının 20-dən sonra təqdim etdiyi üçün bu xəstəlik vərəqələri Personalın uçotu şöbəsi tərəfindən 23 mart 2020-ci il tarixdə SAP sisteminə işlənmişdir. Fevral ayının xəstəlik vərəqəsi yanvar ayından davam etdiyi üçün həmin günlərə görə ödəniş DSMF tərəfindən aparılmışdır. 2020-ci ildə "28 May" NQÇİ tərəfindən X6 əmək haqının ödənişləri zamanı gecikmələrə yol verilməmiş, ödənişlər vaxtında aparılmış və əmək haqqından tutulmalar qanunvericiliyə uyğun yerinə yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun (COVİD-19) yayılması ilə bağlı profilaktik tədbirlər barədə qərar və məlumatları əsasında SOCAR-ın müəssisə və təşkilatlarında işçilər arasında virusun yayılmasına yol verilməməsi və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə SOCAR tərəfindən müvafiq əmrlər verilmiş və qərarlar qəbul edilmişdir. O, cümlədən növbəli iş metodu ilə işləyən işçilərin növbələrinin müddəti müvafiq normativ aktlara uyğun olaraq 15 gündən 1 ayadək müddətə uzadılmış, işçilərə aylıq normadan artıq işlənmiş saatlara görə və boşdayanmaya görə əmək haqqı hesablanmış və əmək haqqından tutulmalar qanunvericiliyə uyğun aparılmışdır. Hazırda SOCAR-da işçilərin əmək haqqından aparılan tutmalar SAP HP sistemində avtomatik olaraq qanunvericiliyə uyğun yerinə yetirilir. O cümlədən, Aydın Məhərrəmova ödənilmiş aylıq əmək haqqından tutulmalar düzgün və qanunvericilyin tələblərinə uyğun aparılmışdır. Əmək haqqının ödənişində isə idarə üzrə gecikmələrə yol verilməmişdir. 07.09.2020-ci il tarixli MN0687562 nömrəli protokolda və inzibati xətanın törədilməsi "Azneft" İB-nin 28 May NQÇİ tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edildiyi göstərilmiş, lakin həmin sənədlərin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Halbuki, idarə tərəfindən təqdim olunmuş sənədlərlə Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması müəyyən olunmur. Əksinə, həmin sənədlər hər hansı qanunvericilik normasının pozulmadığı, hazırki iş üzrə inzibati xəta hadisəsinin olmadığını sübut edir. Eyni zamanda şikayətimin təmin olunmaması haqqında 05.10.2020-ci il tarixdə qəbul edilmiş qərarda göstərilmişdir ki, "iş materialları və təqdim olunmuş sənədlər əsasında müəyyən olunur ki, A.Məhərrəmova aylıq əmək haqqı və digər əlavələr, ödənclər vaxtında ödənilməmişdir". Lakin qərarda da həmin sənədlərin nədən ibarət olması göstərilməmiş, hər hansı sübuta istinad olunmadan, yalnız formal mülahizələrlə qərar əsaslandırılmışdır. Bundan başqa, tərtib olunmuş inzibati işə barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan baxılmış, izahatı alınmamış, tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Beləliklə, şikayətçi tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halı olmadığından, bununla da Z.Bağırovun hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətalara dair işlər üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X13 vəkili X1 Zaur Əli oğlu tərəfindən verilmiş şikayəti müdafiə edib təmin edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarlarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X9 şikayətə etiraz edərək göstərmişdir ki, vətəndaş X3 “28 may” NQÇİ-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış müraciətlərinə aidiyyəti üzrə X12 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Bununla əlaqədar, əlavə izahata ehtiyac olduğunu nəzərə alaraq, X4 ünvanına 11.08.2020-ci il tarixli **********2 saylı məktub göndərilmiş, lakin vətəndaş səhhətində problem olması səbəbini əsas gətirərək gəlməmişdir. “28 may” NQÇİ-nin rəhbərliyinin DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim etdiyi 23.06.2020-ci il tarixli, 01-12/154 saylı məktuba əlavə olunmuş sənədlərə baxış zamanı həqiqətən də vətəndaşın aylar üzrə əmək haqlarının ödənilməsində gecikmələr olduğu aşkar olundu. Belə ki, “Azneft” İB “28 may” NQÇİ-nin 2019-cu ilin dekabr ayı üzrə iş vaxtını uçotu cədvəllərinə (tabellər) əsasən A.Məhərrəmovun həmin ayda faktiki olaraq, 16 iş günü olduğu, 2020-ci ilin mart ayı üzrə 28 gün, aprel ayı üzrə 6 gün, may ayı üzrə isə 3 gün iş günü olduğu müəyyən edilmişdir. Hər ay üçün iş vaxtının uçotu cədvəllərinə əlavə olunmuş əmək haqqının ödənişi tapşırıqlarına əlavələrə əsasən, bütün hallarda vətəndaşın əmək haqqının ödənişinin gecikdirildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq, işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını 172-ci maddədə göstərilən müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmçinin, AR ƏM-nin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc də verilməlidir. Bu səbəbdən də, işəgötürən tərəfindən vətəndaşın əmək haqqının ödənilməsində gecikmələr olmasına görə inzibati xəta əlamətlərinin olmasının müəyyən edildiyi və iş üzrə icraatın başlanması ilə əlaqədar olaraq, “Azneft” İB “28 may” NQÇİ-nin rəisi X15 03.09.2020-ci il tarixli **********7 saylı (SS675957370AZ) məktub göndərilmiş və o 07.09.2020-ci il tarixində X7 Bakı Şəhər İdarəsinə dəvət olunmuşdur. Lakin göstərilən vaxtda müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi gəlməmişdir. AR İXM-nin 61.3-cü maddəsinə uyğun olaraq, işə işəgötürənin və ya səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmış və barəsində inzibati xəta haqqında MN0687562 saylı protokol tərtib olunaraq, **********6 saylı 07.09.2020-ci il tarixli müşayiət məktubu və **********7 saylı 07.09.2020-ci il tarixli bildiriş məktubu ilə birlikdə göndərilmişdir (SS67009451AZ). Göndərilən bildiriş məktubu və protokolla əlaqədar “Azneft” İB “28 may” NQÇİ-nin nümayəndəsi etibarnamə əsasında DƏMX-nin Bakı Şəhər İdarəsinə gəlmiş və baş verən inzibati xəta halı ilə əlaqədar inzibati cərimə tətbiq olunmamasını xahiş etmişdir. Lakin prosedur qaydalarına tam əməl olunaraq, 16.09.2020-ci il tarixində “Azneft” İB-nin rəisi X18 barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 (bir min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir və **********0 saylı müşayiət məktubu ilə göndərillmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarları ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 16 sentyabr 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 müraciətinə baxılarkən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli 16 sentyabr 2020-ci il tarixli qərarına əsasən X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. İş materialında olan X12 Xidmətinin QYB-019/20 saylı 05 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, X12 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 16 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsinə dair verilmiş şikayət təmin edilməmiş və inzibati tənbeh vermə haqqında 16 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan X12 Xidmətinin Bakı şəhər İdarəsinin 03.09.2020-ci il tarixli, **********7 saylı məktubundan görünür ki, Aydın Məhərrəmovun "28 may" Neft və Qaz çıxarma idarəsində əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmasının 07 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin olunması barədə X14 məlumat verilmişdir. İş materiallarından görünür ki, “28 May” Neft və Qazçıxartma İdarəsinin işçisi X8 2020-ci ilin yanvar ayında idarəyə 17 günlük xəstəlik vərəqəsi təqdim etmişdir. Xəstəlik vərəqəsinin 14 günü İdarə tərəfindən ödənilmiş, 3 günün ödənişinin aparılması üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndərilmişdir. Aydın Məhərrəmov cari ilin yanvar, fevral və mart ayı üçün idarəyə 4 xəstəlik vərəqəsi təqdim etmişdir. Son 2 xəstəlik vərəqəsini İdarəyə mart ayının 20dən sonra təqdim etdiyi üçün bu xəstəlik vərəqələri Personalın uçotu şöbəsi tərəfindən 23 mart 2020-ci il tarixdə SAP sisteminə işlənmişdir. Fevral ayının xəstəlik vərəqəsi yanvar ayından davam etdiyi üçün həmin günlərə görə ödəniş DSMF tərəfindən aparılmışdır. Şikayət ərizəsində cari ildə "28 May" NQÇİ tərəfindən X6 əmək haqının ödənişləri zamanı gecikmələrə yol verildiyi, ödənişlər vaxtında aparıldığı və əmək haqqından tutulmalar qanunvericiliyə uyğun yerinə yetirildiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 müraciətinə baxılarkən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması müəyyən edildiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli 16 sentyabr 2020-ci il tarixli qərarına əsasən, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, X20 barəsində tərtib edilmiş protokola əsas işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “28 May” Neft və Qazçıxartma İdarəsinin işçisi X8 2020-ci ilin yanvar ayında idarəyə 17 günlük xəstəlik vərəqəsi təqdim etmişdir. Qanunvericiliyə uyğun olaraq, xəstəlik vərəqəsinin 14 günü İdarə tərəfindən ödənilmiş, 3 günün ödənişinin aparılması üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndərilmişdir. Aydın Məhərrəmov cari ilin yanvar, fevral və mart ayı üçün idarəyə 4 xəstəlik vərəqəsi təqdim etmişdir. Son 2 xəstəlik vərəqəsini İdarəyə mart ayının 20-dən sonra təqdim etdiyi üçün bu xəstəlik vərəqələri Personalın uçotu şöbəsi tərəfindən 23 mart 2020-ci il tarixdə SAP sisteminə işlənmişdir. Fevral ayının xəstəlik vərəqəsi yanvar ayından davam etdiyi üçün həmin günlərə görə ödəniş “DSMF” tərəfindən aparılmışdır. Cari ildə "28 May" NQÇİ tərəfindən X6 əmək haqının ödənişləri zamanı gecikmələrə yol verilməmiş, ödənişlər vaxtında aparılmış və əmək haqqında tutulmaların qanunvericiliyə uyğun yerinə yetirilməsi, bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun (COVİD-19) yayılması ilə bağlı SOCAR tərəfindən müvafiq əmrlər verilmiş və qərarlar qəbul edilmiş, o, cümlədən növbəli iş metodu ilə işləyən işçilərin növbələrinin müddəti müvafiq normativ aktlara uyğun olaraq 15 gündən 1 ayadək müddətə uzadılmış, işçilərə aylıq normadan artıq işlənmiş saatlara görə və boşdayanmaya görə əmək haqqı hesablanmış və əmək haqqından tutulmalar qanunvericiliyə uyğun aparılmışdır. Aydın Məhərrəmova da ödənilmiş aylıq əmək haqqından tutulmalar düzgün və qanunvericilyin tələblərinə uyğun aparılmışdır. Əmək haqqının ödənişində isə idarə üzrə gecikmələrə yol verilmədiyi müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında ******* protokolda inzibati xətanın törədilməsinin "Azneft" İB-nin 28 May NQÇİ tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq edildiyi göstərilsə də, hansı sənədlərin, törədilmiş inzibati xətanın nədən ibarət olması qeyd olunmamış, sadəcə maddənin dispozisiyası yazılmışdır. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, X20 barəsində tərtib edilmiş protokol və qərarlarda onun iştirakının təmin olunması, izahatının alınması, ödənişin aparılmasını təsdiq edən sənədlərin tədqiq edilməsi görünmür. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X13 əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən X20 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X13 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarları ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X13 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 16 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin QYB-019/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli qərarları ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar