Məhkəmə qərarları › İş №3(009)-468/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-468/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-468/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin X5 əmək hüquqlarının pozulmasına dair müraciəti ilə əlaqədar, ona aid sənədlərinin təqdim edilməsinə dair 25.01,2023-cü il tarixli 317-512-20005/2023 nömrəli sorğuya xx.xx.2023-cü il tarixli HR- 004/23 nömrəli məktubu və ona əlavə edilmiş müvafiq sənədlərlə birlikdə İdarəyə cavab olaraq göndərilmişdir. İnzibati xətanın törədilməsi faktının olub-olmaması araşdırılması ilə əlaqədar “X12” MMC-nin səlahiyyətli nümayəndələri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2023cü il tarixində dəvət olunmuşdurlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6 maddələrinə əsasən “X12” MMCnin vəzifəli şəxs barədə xx.xx.2023-cü il tarixli MN1497078 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu onunla əsaslandırmışdır ki, vətəndaş X9 xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il ilədək müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2 maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilələk, Azərbaycan Respublikası ƏM-in 73-cü maddəsinin tələblələrinə və Azərbaycan Respublikası ƏM-in 143.2- ci maddəsinin tələbləri pozulmuşdur. Həmin protokol xx.xx.2023-cü il tarixində cəmiyyətə məlumat üçün daxil olmuşdur. “X12” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə etiraz göndərərək, inzibati xəta haqqında işinə xitam verilməsi və tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1497078 nömrəli inzibati xəta haqqında protokolun ləğv ediməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi “X12” MMC-nin vəzifəli şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı çıxarılmışdır. Qərarı onunla əsaslandırmışdır ki, onunla əsaslandırmışdır ki, vətəndaş X9 xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci ilədək müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68.2 maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilələk, Azərbaycan Respublikası ƏM-in 73-cü maddəsinin tələblələrinə və Azərbaycan Respublikası ƏM-in 143.2-ci maddəsinin tələöləri pozulmuşdur. Müvafiq qərarının sürəti xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən, məhz həmin dövrdən şikayət etmək hüququ .aranmışdır. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə aşağıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmamasından, hüquq normalarını əhəmiyyətli dəcərədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilərək, inzibati xəta haqqında iş iizrə icraata xitam verilməlidir. “X12” MMC X9 ilə xx.xx.2021-ci il tarixli EA- *** **** nömrəli müddətli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləsinin 1.2 bəndinə əsasən, işçi bar menecerinin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1 bəndinə əsasən bu müqavilə xx.xx.2021-ci il tarixinə qədər bağlanılmışdır. Əmək müqaviləsinin 2.2 bəndinə əsasən, tərəflərdən birinin müqavilə müddəti bitdiyi tarixdə müqaviləyə xitam verilməsinə dair xitam bildirişi təqdim etmədiyi təqdirdə, müqavilə 1 (bir) ay müddətinə uzadılmış hesab olunur. Həmin əmək müqaviləsinin 2.3 bəndinə əsasən, işçi xx.xx.2021-ci il tarixində işə başlamışdır. Həmin əmək müqaviləsinin müddəti bitdikdən sonra tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən, xx.xx.2021-ci il tarixindən həmin müqaviləsinin 2.2 bəndinə əsasən 1 ay müddətinə uzadılmış hesab olunub. Sonuncu dəfə həmin əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuşdur. "X12” MMC-nin xx.xx.2022-ci il tarixli BHG-TE22/130 əmri ilə X9 ilə 31 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrinin surəti işçinin yaşadığı ünvana göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi inzbati xəta üzrə iş üzrə qərarı çıxarılanda, işçi ilə bağlanılmış xx.xx.2021-ci il tarixli EA-563/2021 nömrəli əmək müqaviləsinin 2.2 bəndində qeyd olunmuş müddəaları nəzərə almamışdır, habelə mühüm əhəmiyyət kəsb edən faktiki hallarını tam araşdırılmamışdır. “X12” MMC X9 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli EA-563/2021 nömrəli müddətli əmək müqaviləsində onun müddəti və xitam verilməsi barədə müddəalar öz əksinin tapmışdır və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldılmasına yol verilməmişdir, habelə işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Konsitutusiya hüquqlarını məhdudlaşdırılmamışdır. Bundan əlavə, inzibati xəta haqqında iş idarə tərəfindən həmin əmək müqaviləsində qeyd olunmuş müddəalara nəzərə almadan qərar qəbul edilmişdir. Həmin əmək müqaviləsinin və ya onun hər hansı bəndinin etibarsız hesab edilməsi əsası yoxdur və bu səlahiyyətlər yalnız məhkəmələrə aiddir. Bundan əlavə, X9 müqaviləni imzalayan zaman öz iradə ifadəsini yetərli və dəqiq göstərmişdir. Eyni zamanda qeyd edilməlidir ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı ərizədə məzuniyyət və onun əmək müqaviləsinin müəyyən müddətə bağlana bildiyi halların tələblərinin təsiri altına düşmədiyi barədə şikayət etsə də, lakin dövlət qumu isə əmək müqaviləsinə xitam verilərkən, təyin olunmuş müddətin düzgün hesablanmamasını əsas gətirərək yanlış qərar çıxartmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, təqvimlərdə il 12 aydan ibarətdir və 365 və 366 gün davam edir, avqust ayı 31 gündən ibarət olduğu üçün X9 həmin günü işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X10 Xidmətinin onun barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, şikayətə əlavə təqdim olunaraq göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində qüvvəyə minmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi ilə həmin Məcəlləsinin 38.1 maddəsinə edilən dəyişiklilklərə əsasən, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul edilərkən, nəzərə almamışdır ki, X7 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 maddəsinin həmin anda qüvvədə olan redaksiyasına əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı qəbul edərkən, vətəndaşının əmək müqaviləsinə xitam verilməsindən sonra qüvvəyə minmiş qanun normasını rəhbər tutmuşdu, halbuki həmin qanun norması fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normasına aid deyil və geriyə qüvvəsinə malik ola bilməz. Yuxarıda qeyd olunları da nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında əsassız qərarı ləğv edərək, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X8 şikayəti müdafiə edərək X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 şikayətə etiraz edərək b ildirmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə tərtib olunmuş, lakin inzibati tənbehvermə haqqında qərar isə yanlış olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə qəbul edilmişdir. Bu səbəbdən qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən həmin idarəyə göndərilməlidir. İşə əlavə edilmiş X12” MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3-haqq hesab aparılma zamanında, istifadə etmədiyi məzuniyyət günlərinin sayının hesablanmasında ehtiyatsızlıqla, sistem xətası nəticəsində riyazi səhvə yol verilərək, 32,71 təqvim günlərinin yerinə 31,71 təqvim günü qeyd olunub. X3haqq hesab xx.xx.2022-ci il tarixdə aparılmışdır. X7 istifadə etmədiyi məzuniyyət günlərinin hesablanmasında ehtiyatsızlıqla riyazi səhvə yol verilməsi ilə əlaqədar, yenidən hesablama aparılaraq, əksik hesablanmış və ödənilməmiş 1 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənişi həyata keçirilmişdir. Eyni zamanda Məmmədova Şöləyə 2022-ci ilin avqust ayı üçün 224,81 AZN (iki yüz iyirmi dörd manat səksən bir qəpik) məbləğində şirkət tərəfindən əlavə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X12” MMC-də çalışan X7 xx.xx.2021-ci il tarixində xx.xx.2021-ci il ilədək müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143.2-ci maddəsinin tələblərinin pozuntusuna yol verildiyindən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X8 “X12” MMC-də çalışan X7 əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati cərimənin şərti tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X12” MMC-də çalışan X7 əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X8 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin Bakı Ərazi İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi “X12” MMC-nin rəhbəri X8 barəsində araşdırma apararaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə, yəni işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əsası ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin “X12” MMC-nin rəhbəri X8 barəsində araşdırma aparılarkən X7 hansı əsaslarla işləməsi, yəni əmək müqaviləsinə xitam verilərkən ondan ərizənin alınması və sair kimi hallar araşdırılmadan əsassız olaraq inzibati xəta haqqında protokol və onun əsasında inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Göstərilən səbəblərdən, qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar