Məhkəmə qərarları › İş №3(009)-469/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-469/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-469/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X6 və “Leqal” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib edilmiş 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X10 Xidmətinin nümayəndəsi X12 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş şikayət ərizəsi ilə müraciət edərək işdən çıxarkən ona son haqq-hesab verilmədiyini bildirmişdir. Xidmət tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, ümumiyyətlə şəxslə əmək müqaviləsi bağlanmamış və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə qanunsuz işə cəlb edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirmişdir ki, X5 Şəxs MMC-də işləməmiş, 1-2 dəfə gəlmiş, bu zaman ona tapşırıqlar verilmiş, lakin verilən tapşırıqları yerinə yetirə bilməmişdir. “FTEB” Construction” MMC-nin baş mühasibidir, X5 həmin şirkətdə işləmək üçün bir neçə dəfə Şəxs MMC-yə gəlmişdir. Göstərilənləri nəzərə alaraq icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X7 izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi araşdırma apararkən hazırda Şəxs MMC-də işləməyən, lakin X5 işləyən vaxt işləyən əməkdaşların izahatını almışdır. “FTEB” Construction” MMC-nin müdiri də izahatında göstərmişdir ki, X4 öz şirkətinə işçi tapmağı tapşırmışdır. Humay Hüseynova da həmin işçini yoxlamaq üçün bir neçə dəfə Şəxs MMC-yə çağırmışdır. Sonradan “FTEB” Construction” MMC-də bilik və bacarıqları yoxlanılmış və razı qalmadıqları üçün işə götürməyiblər. X1 Hüseynovadan acıqlı olduğu üçün şikayəti Şəxs MMC-dən vermişdir. Göstərilənləri nəzərə alaraq icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “mühasib” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X2 X10 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, Şəxs MMC-nin 20 yanvar Melissa parkı ünvanında və "xxxx" MMC-nin Xətai rayonunda yerləşən ofislərində çalışmışdır. Onu işə götürən Şəxs MMC-nin direktoru Humay Hüseynovadır. İş materiallarında olan X2 X10 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, Şəxs MMC-də mühasib olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləmişdir. İş materiallarında olan X5 ilə Şəxs MMC-nin direktoru X6 arasında “whatsapp” proqramı vasitəsi ilə aparılan yazışmalardan görünür ki, X5 həmin tarixlərdə Şəxs MMC-də işləmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X5 həmin tarixlərdə Şəxs MMC-də olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-2513/2024 saylı qərarı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-107/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-2513/2024 nömrəli qərarı ləğv edilmişdir. İnzibati xəta haqqında material yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, X5 Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar