Məhkəmə qərarları › İş №3(009)-47/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-47/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-47/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 21 dekabr 2021-ci il tarixli 00100-2588/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş İpək yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, idxalatçı "xxxx" MMC-nin ünvanına İİR-dan 44AA569/44AA570 nömrə nişanlı avtomaşında 0714 saylı 19.11.2021 tarixli invoys üzrə daxil olmuş və **********4907 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirən zaman, malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq təsnifat kodunun müəyyən edilməsi məqsədilə ilkin ekspertizanın aparılması zərurəti yaranmışdır. X4 İdarəsinin cavab rəyinə əsasən , GB-nin 1-ci mal mövqeyində bəyan edildiyi kimi ETİLEN POLİMERLƏRİNİN PLASTMASSA QİRİNTİLARİ İKİNCİ NÖV (TƏKRAR EMALDAN ALİNAN) "POLYETHYLENE 2nd TYPE OF RECYCLİNG BL3" ( malın kodu :**********) deyil , "POLYETHYLENE 2nd TYPE OF RECYCLİNG BL3" adlı təkrar emal nəticəsində alınmış, lakin ilkin formada kəsik şəklində olan, plastik məmulatların hazırlanmasında istifadə olunan, tərkibində 0.9% kalsium karbonat (CAS 471-34-1) dolğusu olan etilen propilen sopolimeri (Cas 9010-79-1 malın kodu: **********) olduğu , 2-ci mal mövqeyində bəyan edildiyi kimi Kalsium Karbonat "Masterbatch" (malın kodu: **********) deyil, “Calsium Carbonate mesterbach” adlı 81.3% kalsium karbonat (cas 471-34-1) və polietiln (Cas 9002-88-4) tərkibli dolğu (malın kodu: **********) olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən **********4907 sorğu nömrəli 22.11.2021-ci il tarixli gömrük bəvannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş mallar X4 İdarəsinin 2200-013/002-25/006256 nömrəli 26.11.2021-ci il tarixli rəyinə əsasən qeyd olunan gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edildiyi kimi POLYETHYLENE 2nd TYPE OF RECYCLİNG BL3" adlı təkrar emal nəticəsində alınmış, lakin kəsik formada kəsik şəklində olan, plastik məmulatların hazırlanmasında istifadə olunan, tərkibində 0,9% kalsium karbonat (CAS 471-34-1) dolğusu olan etilen propilen sopolimeri (Cas 9010-79-1) (malın kodu: **********) olduğu, 2-ci mal mövqeyində bəyan edildiyi kimi “Calsium Carbonate mesterbach” adlı 81.3% kalsium karbonat (cas 471-34-1) və polietiln (Cas 9002-88-4) tərkibli dolğu (malın kodu: **********) olduğu və Ədliyyə Nazirliyi Məhkmə Ekspertizası Mərkəzindən alınmış 3/8688 nömrəli ekspert rəyində göstərilən orta bazar qiyməti nəzərə alındığı və nəticədə qeyd olunan gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişlərinin yaranıb-yaranmadığı, yarandığı halda gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə göstəriş verilməsi üçün 34/013/032493 saylı 16.12.2021-ci il tarixli raportla sorğu verilmiş, adı qeyd olunan İdarədən daxil olmuş 34/012/032601 saylı 17.12.2021-ci il tarixli raporta əsasən **********4907 sorğu nömrəli 22.11.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/8688 nömrəli ekspert rəyi nəzərə alındığı təqdirdə əlavə gömrük ödənişləri yaranmıyacaqdır. Həmçinin protokola əsasən Bakı şəhəri Xətai rayonu Afivəddin Cəlilov küçəsi ev 19, mənzil 3 jnvanında qeydiyyatda olan "xxxx" MMC iran İslam Respublikasından 44AA569/44AA570 dövlət qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi və Bakı Bas Gömrük İdarəsində **********4907 sorğu nömrəli 22.11.2021-ci il tarixli gömrük bəyannaməsinin birinci mal mövqeyində "sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş 20000 kq “ETİLEN POLİMERLƏRİNİN PLASTMASSA QİRİNTİLARİ İKİNCİ NÖV (TƏKRAR EMALDAN ALİNAN) 'POLYETHYLENE 2nd TYPE OF RECYCLİNG BL3" yükünün XİF MN kodunu ********** kimi bəyan etməli olduğu halda, ********** kimi, 2-ci mal mövqeyində 5000 kq Kalsium Karbonat 'Masterbatch" adlı yükün XİF MN kodunu ********** kimi bəyan etməli olduğu halda, ********** kimi bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 14 dekabr 2021-ci il tarixli 9-8688 saylı ekspert rəyindən əsasən: ekspertiza tədqiqatına təqdim edilmiş, İİR-da istehsal edilmiş dolğu xammalın 22 noyabr 2021ci il tarixə orta bazar qiyməti təxminən aşağıdaki kimi müəyyən olunur:

1. "POLYETHYLENE 2nd TYPE OF RECYCLİNG BL3" adlı təkrar emal nəticəsində alınmış, iakin ilkin formada kəsik şəklində olan, plastik məmulatların hazırlanmasında istifadə olunan, tərkibində 0.9% kalsium karbonat (CAS 471-34-1) dolğusu olan etilen propilen sopolimerin (Cas 9010-79-1) dolğunun 1 tonu - 2170,00 manat. 20 tonu(20000 kq) isə 43400,00 manat:

2. “Calsium Carbonate mesterbach” adlı 81.3% kalsium karbonat (cas 471-34-1) və polietiln (Cas 9002-88-4) tərkibli dolğunun 1 tonu - 970,00 manat, 5 tonu (5000kq) isə - 4850,00 manat. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs (Şəxs MMC) tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar