Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-470/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 17 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs DİN “102” Xidmətinə zəng edərək əvvəllər münasibətdə olduğu Şəxs tərəfindən Badamdar qəsəbəsi, Ə.Nəzərov 7B ünvanının qarşısında döyülməsi barədə müraciət etmişdir. Həmin müraciətdən sonra polis bölməsinin təhqiqatçısı tərəfindən qərar qəbul edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərərk izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs qarşı heç nə etməmiş, döyməmişdir. Uzun müddətdir aralarında ədavət var və hər dəfə təhqir edir, hədəqorxu gəlir. Dəfələrlə polisə bu barədə şikayət etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə gəlmiş, yenə hədə-qorxu etmiş və hücum etmək istəmiş, bu zaman özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs uzaqlaşdırarkən köynəyinin düyməsi qırılmışdır. Başqa heç nə olmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə köynəyini cırıb, əlini cızaraq xəsarət yetirmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu toplanmış material əsasında araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 17 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs əvvəllər münasibətdə olduğu Şəxs tərəfindən Badamdar qəsəbəsi, Ə.Nəzərov 7B ünvanının qarşısında döyülmüşdür. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 və Şəxs müraciətləri əsasında toplanmış "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı"nda 13 nömrə ilə qeydiyyatdan keçirilmiş materialda cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən toplanmış material Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməlidir. X1 və Şəxs müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Əməli törətmiş vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin aidiyyəti əməkdaşına göndərilmişdir. Məhkəmə-tibbi ekspertizasının 08 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ əl pəncəsinin arxa səthinin sıyrığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixində kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə əl ilə vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, Şəxs təqsiri məhkəmə araşdırması zamanı sübuta yetirilmir. Belə ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin Şəxs döymə və sair zorakı hərəkətləri nəticəsində yaranması heç bir mötəbər sübutla təsdiqlənmir. Həmçinin Şəxs izahatından görünür ki, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs uzaqlaşdırarkən köynək cırılmış və düyməsi qırılmışdır. Bundan başqa barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Belə ki, Şəxs əməlində qəsd olmamış, Zərərçəkmiş şəxs döymək və sair zorakı hərəkət yetirmək niyyəti olmamışdır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130, 181.0.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-470/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-470/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver