Məhkəmə qərarları › İş №3(009)-471/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-471/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-471/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi, polis mayoru X4 Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X6 Səbail RPİ 8-ci PB-yə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 14.45 radələrində yaşadığı ünvan 1 mənzil 2 ünvanın qarşısında aralarında yaranmış mübahisə zamanı bacısı İrinanın qonşusu Bəsti adlı qadın pilləkənin üstündə onun sağ biləyindən sıxaraq ona xəsarət yetirmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ərizə əsasında Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Yasəf Rüstəmov tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X6 və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları, eləcə də X6 ilə Şəxs arasında mütəmadi olaraq mübahisələr baş verməsini nəzərə alaraq gələcəkdə onlar arasında baş verə biləcək hər hansı xoşagəlməz halların qarşısının alınması məqsədi ilə onların münaqişəli qonşular kimi qeydiyyata götürülərək onlarla vaxtaşırı profilaktik tədbirlər keçirilməsindən ötrü qəbul edilmiş qərar icra olunması üçün 8-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi, polis mayoru X7 xx.xx.2020-ci il tarixli, MN ******* №-li Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib etmişdir. Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardaddan görünür ki, Şəxs olduğu yer müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Şəxs olduğu yeri müəyyən edildiyindən barəsində tərtib olunmuş protokol baxılması üçün Məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi, polis mayoru X7 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 hazırki mübahisə ilə bağlı inzibati xətanı törətmiş şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlindən səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, hazırda o, Şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qanunvericiliyin tələbini və zərərçəkmiş şəxs X3 hazırda Şəxs ilə barışmasını, ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar