Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-473/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyytda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov 14 ünvanında qeydiyyatsız olaraq yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs əmlakın harada olduğunu bilmir, məlumatsız olmuşdur. Tələbkarla danışmışlar və əmlakın kimə satıldığı barədə məlumatı var. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, məhkəmə qərarı icra edilmir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, borcdan xəbəri olmamış, bu səbəbdən ödəniş etməmişdir. 2024-cü ilin sonunda icra məmuru zəng edərkən borcdan xəbəri olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5252/2023-005 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan 17 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5252/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “VAZ-21214” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil borclu Şəxs alınaraq X4 verilməlidir. Mübahisə predmeti olan 2013-cü buraxılışlı, "VAZ21214" markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobil olmadıqda onun dəyəri olan 8500 (səkkiz min beş yüz) manat borclu Şəxs alınaraq tələbkar X4 ödənilməlidir. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat borclu Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** SW.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməlidir. Şəxs X2 xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən sözü gedən nəqliyyat vasitəsi tərəflərindən axtarışa verilmişdir. Həmçinin borclu dəfələrlə icra sənədinin icrası ilə əlaqədar şöbəyə çağırılsada şəxs şöbəyə yaxınlaşmamışdır. Bu səbəbdən borclu şəxs axtarışa verilib və xx.xx.2025-ci il tarixdə Polis əməkdaşları tərəfindən şöbəyətəqdim edilib. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında əmlakın onda olmadığını, məhkəmə qərarından məlumatsız olduğunu və bu günə qədər ödəniş etmədiyini, və yaranmış 8500 manat borcu maddi imkansızlıqdan ödəyəbilmədiyini bildirmişdir. Tələbkar öz növbəsində icra sənədi üzrə yaranmış borcun tam ödənilməsini tələb edir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5252/2023-005 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, “VAZ-21214” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil cavabdeh Şəxs alınaraq X4 verilməlidir. Mübahisə predmeti olan 2013-cü buraxılışlı, "VAZ21214" markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobil olmadıqda onun dəyəri olan 8.500 (səkkiz min beş yüz) manat cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilməlidir. 05 mart 2024-cü il tarixli borclunun əmlakının axtarılması haqqında qərarla borclu Şəxs məxsus “VAZ-21214” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5252/2023-005 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, yaşayış yerini dəyişdiyi üçün bildirişdən məlumatı olmamışdır. Həmin avtomobili sonuncu dəfə 2016-cı ildə anası ilə satanda görmüşdür. İşsizdir, himayəsində 2 azyaşlı uşaq var. Əmlak hazırda onda deyil, sadəcə idarəetmə hüququ var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5252/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “VAZ-21214” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil borclu Şəxs alınaraq X4 verilməlidir. Mübahisə predmeti olan 2013-cü buraxılışlı, "VAZ21214" markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobil olmadıqda onun dəyəri olan 8500 (səkkiz min beş yüz) manat borclu Şəxs alınaraq tələbkar X4 ödənilməlidir. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat borclu Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** SW.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməlidir. Şəxs X2 xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən sözü gedən nəqliyyat vasitəsi tərəflərindən axtarışa verilmişdir. Həmçinin borclu dəfələrlə icra sənədinin icrası ilə əlaqədar şöbəyə çağırılsada şəxs şöbəyə yaxınlaşmamışdır. Bu səbəbdən borclu şəxs axtarışa verilib və xx.xx.2025-ci il tarixdə Polis əməkdaşları tərəfindən şöbəyətəqdim edilib. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında əmlakın onda olmadığını, məhkəmə qərarından məlumatsız olduğunu və bu günə qədər ödəniş etmədiyini, və yaranmış 8500 manat borcu maddi imkansızlıqdan ödəyəbilmədiyini bildirmişdir. Tələbkar öz növbəsində icra sənədi üzrə yaranmış borcun tam ödənilməsini tələb edir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında borcdan xəbəri olmadığını, işləmədiyini və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Şəxs qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-473/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-473/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver