Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-474/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X2 nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 28 yanvar 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN 00244003 nömrəli 28 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsinin rəisi X7 Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə edilmiş, cərimənin şərti tətbiq edilməsi, 30 gün müddətində hüquqpozmanın aradan qaldırıldığı halda inzibati cərimənin ödənilməməsi, əks halda ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsinin MN 00244003 nömrəli 28 yanvar 2025-ci iltarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsinin rəisi X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə edilmiş, cərimənin şərti tətbiq edilməsi, 30 gün müddətində hüquqpozmanın aradan qaldırıldığı halda inzibati cərimənin ödənilməməsi, əks halda ödənilməsi qərara alınmışdır. Ərizədə göstərilən əsaslara görə hesab edirlər ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında is üzrə icraata xitam verilməlidir. Belə ki, X7 barəsində inzibati tənbeh ona görə tətbiq edilmişdir ki, onun tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla X4 əmək müqaviləsinə xitam verilmişdir. O göstərilən hala qəti etiraz edir və razı deyil. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsinin keçmiş işçisi X9 ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün sonradan o, qeyd olunan haldan narazı qalaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək düfəttişliyi Xidmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsinin rəisi X7 tərəfindən X5 qarşı heç bir haqsızlıq edilməmiş, barəsində əmək müqaviləsinə xitam veriməsi barədə əmr verilərkən qanun pozuntusuna yol verilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə X9 ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsi tam sübut olunur. Belə ki, X9 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin Quyularm əsaslı və yeraltı təmiri xidmət sahəsində quyuların əsaslı təmiri üzrə 05-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsində işləmişdir. "Azneft" İB-nin xx.xx.2024-cü il tarixli 14-2-1- 7/3-1K-454/2024 saylı əmri ilə X9 ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda işçilərə orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət verilmişdir. X9 ilə "Azneft" İB "28 May" NQÇİ arasında 01 noyabr 2024-cü il tarixdə razılaşma bağlanmışdır. Həmin Razılaşmanın 1.1-ci bəndinə əsasən, işçi Bu Razılaşmanın şərtlərinə uyğun olaraq, işəgötürənlə bağlanmış 1057 nömrəli xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçi yaşa görə əmək pensiyasına çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, isci (X9) "Əmək müqaviləsinə xitam verildikdən sonra SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcə də SOCAR-m iştirak etdiyi Birgə müəssisələrdə və əməliyyat şirkətlərində isə bərpa olunma barədə hər hansı iddia və tələblər irəli sürmür. Həmin Razılaşmanın 1.4-cü bəndinə əsasən, işçi SOCAR-ı, o cümlədən işəgötürəni əmək müqaviləsi ilə bağlı hər hansı iddia və tələblərdən azad etməsinə, bununla əlaqədar baş verə biləcək hadisələr, məhkəmə çəkişmələri və hər hansı digər hərəkətlərə görə onlara dəymiş ziyanı ödəyəcəyinə dair öhdəlik götürmüşdür ki, bu öhdəliyə əsasən, İdarə işçininn şikayəti əsasında hazırda mübahisələdirilən qərarla və həmin qərardan verilmiş şikayət üzrə məhkəmə işi ilə bağlı itirdiyi vaxta, çəkdiyi xərclərə, vurulan zərərə görə işçiyə qarşı iddia qaldıra bilər. Lakin yenə də İdarə humanistlik göstərərək, "hüquqdan istifadə etməmək" hüququndan istifadə edərək bunu etmir. Tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən Razılaşmanın 2.1-ci bəndinə əsasən, İşəgötürən işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 12593,30 manat müavinət hesablamağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, işçi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ləğv edilməsi üçün müraciət etmiş, onunla bağlanmış əmək müqaviləsinə razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verilmişdir. Göründüyü kimi, X9 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan espublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçinin şəxsi ərizəsi əsasında xitam verilmiş və əmrin verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə tam riayət lunmuşdur. Həmçinin, X7 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda və işin digər materiallarında X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin təsdiq edildiyi göstərilmiş, lakin həmin sübutların (sənədlərin) nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmçinin həmin sənədlər F.Xəlilova təqdim və elan edilməmişdir. xx.xx.2015-ci il tarixə verilmiş bildiriş xx.xx.2025-ci il tarixdə idarəyə daxil olmuş, hazırda mübahisələndirilən qərar isə rəsmi şəkildə idarəyə daxil olmamışdır. X1 xx.xx.2025-ci il tarixdə bildirişi aldıqdan, iclasın keçirilib-keçirilməməsi barədə maraqlandıqda artıq barəsində qərar çıxarıldığını bilmiş və sonradan xx.xx.2025-ci iltarixdə qərar məktubla idarəyə daxil olmuşdur. Həmçinin, məhkəmənin nəzərinə çatdırırıq ki, araşdırma idarə tərəfindən təqdim olunmuş sənədlərlə aparılmışdır ki, həmin sənədlərlə tam əksinə olaraq X2 Əmək Məcəlləsinin tələblərini pozmadığım tam sübut olunur, hər hansı qanunvericilik normasının pozulmadığını, hazırki iş üzrə inzibati xəta hadisəsinin olmadığını sübut edir. Beləliklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsinin rəisi X7 tərəfindən Əmək Məcəlləsinin əmək qanunvericiliyinin tələblərinin pozulması halı olmadığından, bununla da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsinin rəisi X2 hərəkətlərində hər hansı inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X10 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 28 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsinin rəisi X7 tərəfindən X4 əmək müqaviləsinə xitam verilməsi üçün yazılı müraciət olmadığı halda əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinin tələbi pozularaq xitam verildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsindəö işləyən X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Həmin müqaviləyə xitam verilərkən SOCAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün sahə Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxarma müavinətinin ödənilməsi göstərilmişdir. İş materiallarında olan X9 tərəfindən 06 oktyabr 2024-cü il tarixində “28 May” Neft və Qazçıxarma İdarəsinin rəisi Fazil Xəlilova ünvanlanmış ərizədə qeyd edilmişdir ki, xahiş edirəm ki, məni 01 noyabr 2024-cü il tarixində təqaüdə çıxmağımla əlaqədar işdən azad edəsiniz və SOCAR və ANNQSİHİRK arasında 2020-2023-cü illər üçün sahə tarif Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsinə icazə verəsiniz. Yuxarıda göstərilənlərdən görünür ki, X4 əmək müqaviləsinə xitam verilməsi üçün şəxsin yazılı müraciəti olmuşdur. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci madəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2-ci, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 28 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-474/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-474/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver