Məhkəmə qərarları › İş №3(009)-480/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-480/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-480/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri Baş Dövlət X5 tərəfindən tərtib edilmiş EQ ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Rəhmanov Rahim Cümşüd oğlu Bakı şəhəri Baş Dövlət X5 tərəfindən tərtib edilmiş EQ ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə ona məxsus FORD ESCAPE markalı, ** EN *** dövlət nömrə nişanlı minik maşını ilə Gəndob - Xaçmaz yolunda hərəkət edərkən texniki baxışdan keçməmək səbəbi ilə ona İXM-nin 469.3-cü maddəsilə X4 haqqında EQ ******* saylı elektron qərar tərtib edilmişdir. Lakin o, bu qərarla razı deyil, çünki əvvəlki texniki baxış müddəti xx xxxxxx 2020-ci ildə bitmişdir və xx xxxxxxxx 2020-ci ilə kimi növbəti texniki baxışdan keçməyə vaxtı var idi.xx xxxxxxxx 2020-ci il tarixdə növbəti texniki baxışdan keçərkən yuxarıdakı qərara əsasən yerindəcə 45 manat cərimə ödəməyə məcbur edilmişdir, əks halda avtomobil texniki baxışdan keçirilmirdi. Ona görə də EQ ******* saylı elektron qərarın etibarsız sayılması və ödənilmiş 45 manat cərimə məbləğinin ona qaytarılması barədə qərar çıxarılmasını xahiş edir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Rəhmanov Rahim Cümşüd oğlu həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən X4 haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, X4 haqqında qərar xx xxxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş, lakin şikayət məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində X4 haqqında qərar çıxarılmış şəxs X2 şikayətində qərarı hansı tarixdə almasını göstərməmiş, eyni zamanda şikayətçi ərizəyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Lakin şikayət ərizəsinin məzmunundan görünür ki, şikayətçi həmin qərar barədə məlumatlı olmuş və xx xxxxxxxx 2020-ci il tarixdə həmin qərar üzrə cəriməni ödəmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X2 Bakı şəhəri Baş Dövlət X5 tərəfindən tərtib edilmiş EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Ona görə də X1 şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Baş Dövlət X5 tərəfindən tərtib edilmiş EQ ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar