Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-482/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icraatda olan 3(009)-482/2025 saylı işin baxılmamış saxlanılması xahiş edilmişdir. Məhkəmə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106, 109 və 118-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-482/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-482/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver