Məhkəmə qərarları › İş №3(009)-483/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-483/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-483/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, TP ******* nömrəli protokoldan elektron poçt vasitəsi ilə şikayətlər yazmış, şikayətlərinə baxılmasında iştirakı təmin edilməmiş və onun iştirakı olmadan İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində İnzibati tənbeh vermə barədə Qərar verilməsini mobil nömrəsinə ödənilməmiş cəriməyə görə dəbbə hesablanmsı barədə SMS daxil olduqda məlumatlanıb. xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində BBPİ DYPİ-nə gedərək qeyd edilən Protokoldan verdiyi şikayətlə əlaqədar iş materialı ilə tanış olmaq istədiyini bildirdikdə müraciətinə baxan DYP zabiti Kənan Səmədzadə və onun şöbə rəisi Fuad Kamalov bildiriblər ki, müraciətlə bağlı toplanmış iş materialı ilə o, tanış ola bilməz və ona təqdim etməkdən imtina ediblər. BBPİ DYPİ-nin rəisi Rəşid Piriyevin qəbuluna girməyə isə imkan verməyiblər. xx.xx.2025-ci il tarixdə BBPİ DYPİnin şöbə rəisi Fuad Kamalovun inzibati otağında İnzibati tənbeh vermə barədə qərar rəsmi qaydada ona verilmədiyi halda dəbbə hesablanır sualına cavab verilməsi üçün şikayət ərizəsini araşdırmış Kənan Səmədzadə otağa dəvət edildi. Kənan Səmədzadə əvvəl israr etdi k,i qərar təqdim edilib, sübutu təqdim edin tələbi üzərinə dəqiqləşdirməyə getdi və qayıdanda bildirib ki, rəsmi poçtla göndərilməyib, sms bildirişi isə texniki səbəbdən ona çatmadığı səbəbi ilə geri qayıdıb. Şöbə müdiri Fuad Kamalovun “Qərar çatmayıbsa necə qüvvəyə minib” sualını Kənan Səmədzadə susmaqla cavablandırdı. Qeyd edilənləri nəzərə alaraq, barəsində tərtib edilmiş 13 yanvar 2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2, şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin TP ******* saylı, 13 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin 13 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1978-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 barsində tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli protokolda X2 02 dekabr 2024-cü il tarixində, saat 13:19-da Bakı şəhəri, Neftçilər prospekti 63 ərazidə VAZ 21013 minik markalı, 10HR758 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə tədbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Eyni zamanda narəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 tərəfindən məhkəməyə təqdim olunmuş şəkillərdən də göründüyü kimi şikayətçinin nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmasına və ya durmasına səbəb X5 əməkdşaları tərəfindən yolun üzərində olan cərglərdə birini bağlı saxlaması olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X5 İdarəsinin inzibati tənbeh vermə haqqınd TP ******* nömrəli, 13 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar