Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-486/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 04.10.2021-ci il tarixində Bakı şəhəri, Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində kameraya düşmüşdür. Qeyd edir ki, sözü gedən ərazazidə 2 nişan olduğu üçün öz seçimini edərək düz getmiş və kameraya düşmüşdür. Buna görə də DİN Baş X9 İdarəsi tərəfindən barəsində tərtib olunmuş 05.10.2021 -ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron Qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Yol Hərəkəti haqqında qanunun 69-cu madddəsinin Vİ hissəsinin 18-ci bəndinin, yəni 1.18 zolaqlar üzrə hərəkət istiqamətləri yol nişanlanma xəttinin tələbininin pozulmağı foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərək X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə EQ ******* nömrəli Qanunvericiliklə müəyyən edilmiş qaydada elektron qərar tərtib olunmuşdur. X5 barəsində qəbul edilmiş 05 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, 04.10.2021 saat 19:11-də Səbail rayonu, Zərifə Əliyeva –Bülbül prospektinin kəsişməsində X5 **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməyə görə Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə istinad olunsa da, sürücünün hansı yol hərəkəti qaydasını pozmağı göstərilməmiş, həmin maddənin tələblərinin pozuntusunun baş verməsi əsaslandırılmamış, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış zamanı Səbail rayonu Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində 2 yol nişanı olduğu, yolun hərəkət istiqamətinin sağ hissəsində yuxarıda quraşdırılmış məcburi hərəkət istiqaməti nişanı ilə yolun sol istiqamətində yerə çəkilmiş işarə arasında ziddiyyət olduğu müəyyən olunur. Belə ki, yolun sol istiqamətində yerə çəkilmiş “yalnız sola” işarəsi olmağına baxmayaraq, yolun hərəkət istiqamətinin sağ hissəsində yuxarıda quraşdırılmış məcburi hərəkət istiqaməti nişanına əsasən “düzünə və sola hərəkət” etmək mümkündür. Belə olan halda sürücünün yolun sağ istiqamətində quraşdırılmış zolaqların hərəkət istiqamətini bildirən məlumatlandırıcı yol nişanından istifadə etməklə sola dönməyi və ya düzünə hərəkət etməyi tamamilə qanunauyğun olmuşdur. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, sürücü X5 tərəfindən hər hansı inzibati xətanın törədilməsi faktı müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X8 oğlunun verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 328-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 05.10.2021-ci il tarixli, EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X8 oğlunun barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-486/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-486/2022
20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver