Məhkəmə qərarları › İş №3(009)-487/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-487/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-487/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Tohid Nurlunun, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Tohid Nurlu tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Tohid Nurlu bildirmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-290/2021 saylı, 03.02.2021-ci il tarixli icra sənədinə əsasən ** BB *** dövlət nömrə nişanlı “Mercedes Benz ML 270” markalı avtonəqliyyat vasitəsi Şəxs alınıb X3 qaytarılmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddaçıya ödənilməlidir. İcra sənədi 07.04.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət edilmiş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. 28.02.2022-ci il tarixində borclu şöbəyə gəlmiş və onun izahatı alınmışdır. Borclu izahatında icra sənədindən xəbərdar olduğunu və icra sənədi üzrə sözügedən avtomobilin yeri haqqında məlumatı olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 bildirmişdir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-290/2021 saylı, 03.02.2021-ci il tarixli icra sənədinə əsasən ** BB *** dövlət nömrə nişanlı “Mercedes Benz ML 270” markalı avtonəqliyyat vasitəsi Şəxs alınıb ona qaytarılmalıdır. Eyni zamanda X4 borclu Şəxs avtomobilinin yerini göstərmək şərti ilə 1 gün müddətinə vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icra sənədində göstərilən ** BB *** dövlət nömrə nişanlı “Mercedes Benz ML 270” markalı avtonəqliyyat vasitəsinin harada saxlanılması ilə bağlı məlumat verəcəyini bildirmişdir. Qeyd etdiklərini, tələbkarla razılığa gəldiyini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-290/2021 saylı, 03.02.2021-ci il tarixli icra sənədinə əsasən ** BB *** dövlət nömrə nişanlı “Mercedes Benz ML 270” markalı avtonəqliyyat vasitəsi Şəxs alınıb X3 qaytarılmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddaçıya ödənilməlidir. İcra sənədi 07.04.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət edilmiş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. 28.02.2022-ci il tarixində borclu şöbəyə gəlmiş və onun izahatı alınmışdır. Borclu izahatında icra sənədindən xəbərdar olduğunu və icra sənədi üzrə sözügedən avtomobilin yeri haqqında məlumatı olmadığını bildirmişdir. Məhkəmə zalında borclu məhkəməyə ərizə ilə müraciət edərək icra sənədində göstərilən ** BB *** dövlət nömrə nişanlı “Mercedes Benz ML 270” markalı avtonəqliyyat vasitəsinin harada saxlanılması ilə bağlı məlumat verəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hazırda icra sənədində göstərilən ** BB *** dövlət nömrə nişanlı “Mercedes Benz ML 270” markalı avtonəqliyyat vasitəsinin harada saxlanılması ilə bağlı borclunun məlumat verəcəyini və eyni zamnada tələbkarın ərizəsini nəzərə alıb hesab edir ki, inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar