Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-49/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmış şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 04 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 04 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət verərək, X7 Xidməti Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 04 dekabr 2023-cü nömrəli qərarının ləğv olunmasını və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində təqsirli bilinərək barəsində xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar tərtib edilmişdi. Qeyd olunan qərar tərtib olunarkən, tərəfimizdən iş üzrə müvaiq sübutlar təqdir edilməsinə, E.Quliyevin əməllərindəki pozuntuların mahiyyəti barədə məlumat verilməsin baxmayaraq bu hallar ətraflı araşdırılmamış və inzibati xəta törətməkdə təqsirli hesab edilərək barəmdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə rəsmi qaydada mənə təqdim edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır, buna görə də aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir. Hesab edir ki, inzibati orqanın xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarı obyektiv, tam və hərtərəfli şəkildə araşdırma aparmadan, şikayət edən E.Quliyevin yalnız şifahi izahatlarına uyğun olaraq qəbul etməsi İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, həmin maddəyə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətləri daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Tərəflərindən təqdim olunan yazılı sübutlara məhəl qoyulmamış, Bankın qaydalarına sübut kimi təqdim olunan və E.Quliyevin birbaşa öz təqsirini boynuna aldığı video material araşdırılmamış və işə əlavə olunmamışdır. DƏMXnin Bakı şəhər İdarəsinin MN № ******* saylı, 04 dekabr 2023-cü il tarixli qərarı ləğv edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 04 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 04 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 192.6.-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 719/Ş №-li əmrdən görünür ki, "xxxx" ASC-nin Parakəndə bankçılıq departamentinin, Məsafədən Bankçılıq şöbəsinin, CRM bölməsinin böyük mütəxəssisi vəzifəsində işləyən X8 öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü tarixindən tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan MN ******* saylı, 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X8 ilə xx.xx.2022-ci il tarixində bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi məlum olmuş, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maaddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, işçi ilə bağlanmış əmək müqaviləsində istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmrinin (sərəncam, qərar) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın və ya qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı, soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı və əmək müqaviləsinin ləğv edilməsinin əsası, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırmanın aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, lakin belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İş materialları ilə müəyyən olunur ki, X6 tərəfindən X5 əmək müqaviləsinə xitam verilərkən əmək qanunverciliyi ilə nəzərdə tutulmuş tələblərə düzgün riayət olunmamış və bunun nəticəsində qanun pozuntusuna yol verilmişdir. Belə ki, cəmiyyətin sədri X6 tərəfindən X5 əmək müqaviləsinə xitam verilərkən, öz əmrində əmək müqaviləsinə xitam verilməsinin əsasını göstərməmiş və əmri əsalandırmamışdır, bununla da o, Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan əməli törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı 04 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qanuni olduğundan əsassız şikayət təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı 04 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-49/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-49/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver