Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-492/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işi nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 00100-0153/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(009)- 492/2021 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(009)-492/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə edilmiş müraciətə baxılanadək dayandırılmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 3(009)-492/2021 saylı işin şirkətin hüquqi ünvanının yerləşdiyi Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli, 3(009)-492/2021 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(009)- 492/2021saylı qərarı ilə dayandırılmış icraat təzələnmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2ının İnzibati Xətalar Məcəlləsinin 110.1ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, ərizəni iş materialları əsasında nəzərdən keçirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatət verərək işin aidiyyəti üzrə göndərilməsini xahiş etdiyindən, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 00100-0153/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli 00100-0153/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-492/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-492/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver