Məhkəmə qərarları › İş №3(009)-493/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-493/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-493/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz parklanma fəaliyyəti ilə məşğul olduğu üçün dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, əməllərinə davam edərək ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 28 fevral 2022-ci il tarixli, AZA 015885 nömrəli protokoldan görünür ki, Şəxs 28.02.2022-ci il tarixdə, saat 22:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X3 izahatında göstərmişdir ki, 28.02.2022-ci il tarixdə, saat 22:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində polis əməkdaşları xidmət apararkən iki nəfər şəxsin qanunsuz parklanma fəaliyyəti ilə məşğul olduğunu görmüşlər, həmin şəxslərdən biri Şəxs əvəllər dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxs öz əməllərinə davam etmişdir. Bu səbəbdən həmin şəxslər polis bölməsinə dəvət olunmuş, lakin Şəxs bölməyə getməkdən imtina etmişdir. Daha sonra həmin şəxslər polis əməkdaşları tərəfindən Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nə gətirilmişdir. Polis Bölməsində aparılmış araşdırma zamanı Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində qanunsuz parklanma fəaliyyəti ilə məşğul olur. Belə ki, 28.02.2022-ci il tarixdə, saat 22:40 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində qanunsuz parklanma fəaliyyəti ilə məşğul olan zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, ona əməllərinə son qoymasını bildirmiş lakin o, edilmiş xəbərdarlıqlara baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən polis bölməsinə dəvət olunmuş, lakin bölməyə getmək istəməmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri X1 izahatında göstərmişdir ki, 28.02.2022-ci il tarixdə saat 22:40 radələrində o, xidmət yoldaşı ilə inzibati ərazidə xidmətdə olan zaman iki nəfər şəxsin qanunsuz parklanma fəaliyyəti ilə məşğul olduğunu görmüşlər. Həmin şəxslərdən biri Şəxs dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymadan yenə Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində qanunsuz parklanma fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən həmin şəxslərə yaxınlaşıb bölməyə dəvət edən zaman Şəxs bölməyə getməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxslər Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nə gətirilərək təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri N.Əmirli və S.Seyidəliyev tərəfindən tərtib olunmuş 28.02.2022-ci il tarixli raportdan görünür ki, 28.02.2022-ci il tarixdə saat 22:40 radələrində onlar inzibati ərazidə xidmətdə olan zaman iki nəfər şəxsin qanunsuz parklanma fəaliyyəti ilə məşğul olduğunu görmüşlər. Həmin şəxslərdən biri Şəxs dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymadan yenə Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində qanunsuz parklanma fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən həmin şəxslərə yaxınlaşıb bölməyə dəvət edən zaman Şəxs bölməyə getməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra həmin şəxslər Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nə gətirilərək təhvil verilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində qanunsuz parklanma fəaliyyəti ilə məşğul olduğu üçün 28.02.2022-ci il tarixdə saat 22:40 radələrində ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş, lakin o, onların qanuni tələblərinə məhəl qoymadan qanunsuz parklanma fəaliyyəti ilə məşğul olmağa davam etmişdir. Bu səbəbdən həmin şəxslərə yaxınlaşıb bölməyə dəvət edən zaman Şəxs bölməyə getməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs 28.02.2022-ci il tarixdən (saat 22:50-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar