Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-495/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 13 fevral 2024-cü il tarixli 14000-00171/** EP ***4657 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına (VÖEN:**********) İsveçin “Volvo Lastvagnan” şirkətindən daxil olmuş 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20AXPA335901 olan yəhərli dartıcı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1953 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, Şəxs MMC-nin ünvanına İsveçin "Volvo Lastvagnan" şirkətindən daxil olmuş 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20A2PA336119 olan yəhərli dartıcı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1958 sorğu nömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi ilə və Şəxs MMC-nin ünvanına İsveçin "Volvo Lastvagnan" şirkətindən daxil olmuş 1 ədəd "Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20A5PA336115 olan yəhərli dartıcı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********0386 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək 1 (bir) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş minik avtomobilləri yüklərinin digər gömrük prosedurunda rəsmiləşdirilməsi və qeyd edilən yüklərin müvəqqəti saxlanc müddətinin uzadılması Şəxs MMC tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli gömrük baxışına dair tərtib edilmiş akta əsasən ünvan 3 ünvanında qeyd olunan yüklərə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan yəhərli dartıcı yüklərinin istifadə olunmadığı müəyyən edilmişdir. Lakin qeyd olunan **********1953 saylı, xx.xx.2023-cü il tarixli və **********1958 saylı, xx.xx.2023-cü il tarixli GB-lərin 27-ci qrafasında qeyd olunan yüklərin boşaltma ünvanının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən Yolu 57 göstərilməyinə baxmayaraq qeyd olunan yüklərin faktiki olaraq ünvan 3 ünvanında olduğu, belə ki, Şəxs MMC tərəfindən gömrük orqanının icazəsi olmadan həmin yüklərin yerinin dəyişdirildiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin və protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1ci və 491.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Rəsmiləşmə Mərkəzindən daxil olmuş 3-33- 3300/012/000368 saylı xx.xx.2024-cü il tarixli raportda qeyd edilən ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına İsveçin “Volvo Lastvagnan” şirkətindən daxil olmuş 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20AXPA335901 olan yəhərli dartıcı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1953 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, "xxxx" MMC-nin ünvanına İsveçin “Volvo Lastvagnan” şirkətindən daxil olmuş 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20A2PA336119 olan yəhərli dartıcı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc müddətinin uzadılması Şəxs MMC tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli gömrük baxışına dair tərtib edilmiş akta əsasən ünvan 6 ünvanında qeyd olunan yüklərə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan yəhərli dartıcı yüklərinin istifadə olunmadığı müəyyən edilmişdir. Lakin qeyd olunan **********1953 saylı, xx.xx.2023-cü il tarixli və **********1958 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannamələrin 27-ci qrafasında qeyd olunan yüklərin boşaltma ünvanının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 57 göstərilməyinə baxmayaraq qeyd olunan yüklərin faktiki olaraq ünvan 8 ünvanında olduğu, belə ki, Şəxs MMC tərəfindən gömrük orqanının icazəsi olmadan həmin yüklərin yerinin dəyişdirildiyi müəyyən olunmuşdur. İş materiallarında olan raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********1953 və **********1958 sorğu nömrəli gömrük bəyannamələrilə iki (iki) ədəd “VOLVO FH” markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün Şəxs MMC tərəfindən heç bir müraciət olmamışdır. İş materiallarında olan 10 fevral 2024-cü il tarixli aktdan görünür ki, Aksizli mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin böyük əməliyyat müvəkkili, gömrük xidməti mayoru X1, həmin baş idarənin Rəsmiləşmə Mərkəzinin 1-ci Şöbəsinin rəisi, gömrük xidməti polkovniki X2 və Şəxs MMC-nin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X3 iştirakı ilə bu aktı tərtib etdiyini, Şəxs MMC-nin ünvanına İsveçin "Volvo Lastvagnan" şirkətindən daxil olmuş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1953 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20AXPA335901 olan yəhərli dartıcıya, Şəxs MMC-nin ünvanına İsveçin "Volvo Lastvagnan" şirkətindən daxil olmuş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20A2PA336119 olan yəhərli dartıcıya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, **********1958 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, gömrük bəyannamələrində qeyd edilən yəhərli dartıcı yüklərinin yerlərinin qeyd olunan bəyannamələrin 27-ci qrafasında Bakı şəhəri, Qaradağ rayonu, lökbatan qəsəbəsi, Xocasən yolu 57 göstərilməsinə baxmayaraq qeyd olunan yüklərin faktiki olaraq ünvan 6 ünvanında olduğu, lakin qeyd olunan yüklərin istifadə olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 13 fevral 2024-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, direktoru olduğu Şəxs MMC tərəfindən 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20AXPA335901 olan yəhərli dartıcı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1953 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, Şəxs MMC-nin ünvanına İsveçin “Volvo Lastvagnan” şirkətindən daxil olmuş 1 ədəd “Volvo FH 4X2” markalı, istehsal tarixi xx.xx.2023-cü il, şassi nömrəsi YV2RG20A2PA336119 olan yəhərli dartıcı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1958 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək 1 (bir) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Müvəqqəti saxlanc müddətinin xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq qeyd olunan yüklərin müvəqqəti saxlanc müddətinin uzadılmaması və digər gömrük prosedurunda rəsmiləşdirilməməsi ilə bağlı saxlanc müddətinin vaxtını unutduqlarına görə uzatma ilə bağlı müraciət etməmişlər. Həmçinin yuxarıda qeyd olunan yüklərin sənədlərində çatışmazlıqlar olduğundan həmçinin digər gömrük prosedurunda rəsmiləşdirə bilməmişlər. Qeyd olunan yüklərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən Yolu 57 ünvanında deyil ünvan 10ında olması ilə bağlı bildirilir ki, qeyd olunan ünvanda yer olmaması səbəbindən qeyd olunan yükləri həmin ünvana aparılmışdır. Bu barədə gömrük orqanına məlumat verilməmişdir. İş materiallarında olan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 13 fevral 2024-cü il tarixli inzibati xəta haqqında işin materialları ilə tanış olma protokolundan görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin rəisi, gömrük xidməti polkovnik leytenantı Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.3-cü maddələri təqsirləndirilən Şəxs MMC barəsində 14000-00171/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdığı üçün Şəxs MMC-nin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X4 15 vərəqdən ibarət olan 14000-00171/24 saylı işin materialları ilə tanış etmişdir. İş materiallarında olan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, təhqiqat bölməsinin rəisi, gömrük xidməti polkovnik leytenantı Nümayəndə 13 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1 və 491.3 maddələri ilə təqsirləndirilən ünvan 5 ünvanında yerləşən Şəxs MMC barəsində 14000-00171/24 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdıraraq Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1 və 491.3 -cü maddələrində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış nümayəndənin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 496.1 və 491.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 496.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs MMC İXM-in 496.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə, ona İXM-in daha ciddi xəta hesab edilən 491.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1 və 491.3-cü maddələri ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.3cü maddələri ilə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-495/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-495/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver