Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-496/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində X4 icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 fevral 2025-ci il tarixli, İXP ******* saylı X4 protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində X4 protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 X4 protokola etiraz edərək izahatında göstərmişdir ki, Səbail Rayon Dövlət X7 sorğusuna cavab verilmiş və avtomobilin sürücüsü barədə məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. X4 protokol tərtib etmiş Səbail Rayon Dövlət X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə X4 protokol tərtib etmiş şəxsin nümayəndəsininin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, 07 fevral 2025-ci il tarixli, İXP ******* saylı X4 protokoldan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Səbail Rayon Dövlət X10 tərəfindən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə məktub göndərilmiş, xx.xx.2025-ci il tarixdə məktub İsmayılov adlı şəxs tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin etirazından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "Azpetrol Ltd.” MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli X4 Protokol yazılmış və baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Həmin məsələ ilə bağlı aşağıdakıları bildiririk: Hər şeydən əvvəl qeyd edək ki, Bakı şəhəri Səbail RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "Azpetrol Ltd.” MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli X4 Protokoldan görünür ki, "Azpetrol Ltd.” MMC onun mülkiyyətində (istifadəsində) olan "MİTSUBİSHİ L200 MİNİK” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə vermədiyi qeyd edilmişdir. Bununla da, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli X4 protokol tamamilə əsassızdır. Belə ki, Şirkətimizin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə təhkim olunmuş sürücülərin soyadları, adları, ata adları, sürücülük vəsiqələrinin seriya və nömrələri barədə yenilənmiş məlumatlar hər il göndərildiyi kimi, 2025-ci ilin əvvəlində Şirkətimiz tərəfindən xx.xx.2025-ci il tarixində, 01-119 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Xətai Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Yasamal Rayon Polis İdarəsinə məktub ünvanlanmışdır. Həmçinin də həmin siyahıda hər hansı bir dəyişklik olduğu zaman bu barədə yenə də həmin qurumlara rəsmi məlumatlar verilir. Yəni, X4 protokolun yazılmasına əsas olan "MİTSUBİSHİ L200 MİNİK" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat artıq özəl poçt xidməti vasitəsi ilə yuxarıda qeyd edilən orqanlarla yanaşı eyni zamanda Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə göndərilərək xx.xx.2025-ci il tarixli, 01-119 saylı məktubla məlumatlandırılmış və həmin məktub xx.xx.2025-ci il tarixində Abbasov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Eyni zamanda məhkəmənin nəzərinizə çatdırmaq istəyirik ki, "MİTSUBİSHİ L200 MİNİK" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dəyişilməməklə Şirkətimiz tərəfindən adları qeyd edilmiş idarələrə göndərilmiş xx.xx.2025-ci il tarixli, 01-119 nömrəli məktubda olan siyahının 34-cü sıra nömrəsində qeyd edildiyi kimi X2 adlı sürücü dəyişməz olaraq qalmışdır. Məlumat üçün qeyd edək ki, adları çəkilən həmin qurumların hamısına, o cümlədən Səbail RPİ-nə Şirkətimiz tərəfindən ötən il göndərilmiş xx.xx.2024-cü il tarixli, 01-73 nömrəli məktubda olan siyahının 28-ci sıra nömrəsində də "MİTSUBİSHİ L200 MİNİK" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X2 olmuşdur və həmin sürücü dəyişməz olaraq qalmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, 22 yanvar 2025-ci il tarixində Şirkətimizə "MİTSUBİSHİ L200 MİNİK" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2025-ci il tarixində, saat 03:05-də İsmayıllı şəhərində inzibati xəta törətməsi barədə sorğu daxil olmuşdur ki, həmin sorğuya Şirkətimiz tərəfindən elə həmin gün- xx.xx.2025-ci il tarixli, 01-120 saylı məktubla cavab verilmişdir. Xüsusilə qeyd etmək istəyirik ki, "MİTSUBİSHİ L200 MİNİK" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən xx.xx.2025-ci il tarixində, saat 14:01-də Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 69-cu km-də inzibati xəta törədilməsi barədə sorğunun Şirkətimizə 22 yanvar 2025-ci il tarixində daxil olması barədə Səbail RPİ tərəfindən iş materiallarına əlavə edilmiş poçt bildirişinin yuxarı hissəsində əl yazısı ilə aparılmış qeyddən də görünür ki, həmin bildiriş ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən məhz xx.xx.2025-ci il tarixində, saat 03:05-də İsmayıllı şəhərində törədilmiş inzibati xəta ilə bağlı göndərilmiş sorğunun çatdırılması barədə bildirişdir. Belə ki, həmin bildirişin yuxarı hissəsində əl yazısı ilə yazılmış **-JK-***, 10- AZ-822, **-AZ-***, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin nömrələri, Şirkətimizə 22 yanvar 2025-cı il tarixində daxil olmuş və elə həmin günxx.xx.2025-ci il tarixində, 01-120 saylı məktubla cavablandırılmış sorğuda qeyd edilən nəqliyyat vasitələrinin nömrələri ilə müqayisə edən zaman bu poçt bildirişinin qarışıq salındığı açıq-aşkar görünür. Həmçinin nəzərinizə çatdırırıq ki, "MİTSUBİSHİ L200 MİNİK" markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən xx.xx.2025-ci il tarixində, saat 14:01-də Qaraməryəm-İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 69-cu km-də inzibati xəta törədilməsi barədə sorğu Şirkətimizə 28 yanvar 2025-ci il tarixində daxil olmuş, Şirkətimizin 30 yanvar 2025-ci il tarixli, 01-167 saylı məktubu ilə həmin sorğuya cavab verilmişdir. (Şirkətimizə daxil olan sorğunun, cavab məktubunun, həmçinin məktubun göndərilməsi və çatdırılması barədə qəbzlərin surətləri əlavə olunur.) Göründüyü kimi, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı mövcud sübutlarla təkzib olunur və müvafiq sorğunun Şirkətimiz tərəfindən alınmasına dair hər hansı bir sübut mövcud deyildir. Nəticə etibarı ilə, iş materiallarında olan sübutlar təkzib edildiyindən və nəticədə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair sübut olmadığından X4 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən X4 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X4 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail RPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli X4 Protokol üzrə başlanılmış X4 iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, № 01-167 məktubdan görünür ki, Şəxs MMC tərəfindən Səbail Rayon Dövlət X7 sorğusuna cavab verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-ə daxil olmuş sorğudan görünür ki, həmin sorğu 28 yanvar 2025-ci il tarixdə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, № 01-119 məktubdan görünür ki, Şəxs MMC tərəfindən Səbail Rayon Polis İdarəsi və müvafiqi orqanlara nəqliyyat vasitələrinin sürücüləri barədə məlumat göndərilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail Rayon Dövlət X7 sorğusuna əsasən “Mitsubishi L200 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat Şəxs MMC tərəfindən Səbail Rayon Dövlət X8 verilmişdir. Təsvir olunanlardan görünür ki, Səbail Rayon Dövlət X10 tərəfindən göndərilmiş sorğuya Şəxs MMC tərəfindən cavab verildiyindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X4 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X4 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X4 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X4 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış X4 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış X4 iş üzrə icraata xitam verilsin. (İXP 6884172) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-496/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-496/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver