Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-498/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X12 İdarəsinin TP ******* saylı, 18 fevral 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X12 İdarəsinin TP ******* saylı, 18 fevral 2022ci il tarixli inzibati X7a dair qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri, DYPİ Yol patrul xidməti tərəfindən mən X3 12 fevral 2022-ci il tarixdə saat təqribən 22:31 radələrində Bakı Şəhəri, Neftçilər prospekti 56 şossesində istifadəmdə olan “HYUNDAY SANTAFE” minik markalı, **-OC-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış və bu zaman guya avtomobili nəqliyyat vasitələrinə sürücülər tərəfindən normativ tələblərin pozulmasi avadanlığın quraşdirılması iddia edərək avtomobilimə led lamapların quraşdırılması müəyyən edilmədən, İnzibati Xətalar Məcəlləsinin 242.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyim üçün barəmdə İXP ******* saylı, 12.02.2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati X7 tərtib edilmişdir. 6 iş günü sonra 18.02.2022-ci il tarixdə TP-4859836 saylı qərar qəbul edilərək DİN -nin DYP web portala inzibati tənbeh verilməsi haqqında qərar yerləşdirilmişdir. Mülkiyyətində olan “HYUNDAY SANTAFE” minik markalı, **-OC-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini DYP-nin müvəqqəti duracağina yerləşdirilərək qanunsuz olaraq 12.02.2022-ci ildən 15.02.2022-ci ildədək yani 3(üç) gün duracaqda saxlanmişdır. 12.02.2022-ci il tarixdə saat təqribən 22:31 radələrində Bakı Şəhəri, Neftçilər prospekti 56 şossesidə istifadəmdə olan “HYUNDAY SANTAFE” minik markalı, **-OC-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə tərtib olunmuş İXP ******* saylı, İnzibati X7u 18.02.2022-ci tarixdə TP-4859836 saylı qərarını 6 (altı) gün sonra vasitəsilə istifadəmdə olan mobil nömrəyə göndərilmişdir. 12.02.2022-ci ildə saat 22.3İradələrində Bakı Şəhəri DYPİ Müşayəti-Eskort bölüyü X9 Baş X1 tərəfindən İXP-nin 12.02.2022-ci il tarixli İXP- 342.2.2-ci maddəsilə tərtib olunan ******* saylı protokolu 18.02.2022-ci ildə qərarlaşdıraraq DİN-nin DYP web portala inzibati tənbeh verilməsi haqqında qərar X8 məcələnin müddalari pozulduğundan protokol və qərar qanunsuz və əsassızdır. Hesab edirəm Bakı Şəhəri DYPİ Müşayəti-Eskort bölüyü X9 Baş X1 tərəfindən İXP-nin 12.02.2022-ci il tarixli İXP-342.2.2-ci maddəsilə tərtib olunan ******* saylı protokolu 18.02.2022-ci ildə qərarlaşdırılaraq İnzibati X7a və onun əsasında qəbul edilmiş qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə başlanılmış iş üzrə icraata inzibati xətanin olmaması və İXM tətbiqinin kobud surətə pozulduğudan xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 124 125 128-130-cu maddələrinin tələblərinə əsasən məhkəmədən, X4 barəsində 12.02.2022-ci ildə saat 22.31 radələrində Bakı Şəhəri DYPİ Müşayəti-Eskort bölüyü X9 Baş X1 tərəfindən İXP-nin 12.02.2022-ci il tarixli İXP- 342.2.2ci maddəsilə tərtib olunan ******* saylı protokolu 18.02.2022-ci ildə qərarlaşdırılaraq DİNnin DYP web portala inzibati tənbeh verilməsi haqqında qərar inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədiyindən və vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası pozulduğundan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri BPİ-nin X12 İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, X8 qərar qəbul etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X12 İdarəsinin səlahiyyətli nümayəndəsi və barəsində X8 qərar qəbul olunmuş şəxs X3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən X8 iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati X7un və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ-nin X12 İdarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2022-ci il tarixli, TP4859836 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı 18.02.2022-ci il tarixli inzibati X7dan görünür ki, Hyundai Santafe minik markalı, 99OC569 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən 03.01.2002-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2.-ci maddəsinə görə, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X3 barəsində X8 iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri BPİ-nin X12 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2.ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, X8 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X8 iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X12 İdarəsinin TP ******* saylı, 18 fevral 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X12 İdarəsinin TP ******* saylı, 18 fevral 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-498/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-498/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver