Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-499/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli 00100-0079/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 3(009)-197/2021 saylı qərarı ilə Bakı İnzibati Məhkəmənin icraatında olan 2-1(112)-3695/2021 saylı işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılmışdır. Barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin direktoru X1 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, “AS-KAR MMC" MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokola baxılmasına dair iş məhkəmənin icraatdadır. Bildirir ki, qeyd olunan protokolun tərtib olunmasına səbəb olan hal gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində yaranmışdır. Belə ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin heç bir tələbi pozulmamış və xaricdən alınmış mal rəsmi sənədlərə uyğun olaraq 08.01.2021-ci il tarixdə MMC tərəfindən XİF MN üzrə “5209 42 0000” nömrəli kod altında **********6203 sorğu nömrəli gömrük bəyənnaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Lakin gömrük orqanı qanunsuz olaraq MMC-ni məcbur etmişdir ki, **********6203 sorğu nömrəli gömrük bəyənnaməsində dəyişiklik etsin və gətirilmiş parçanı başqa kod altında bəyan etsin. MMC tərəfindən buna etiraz edildiyi üçün parçaların rəsmiləşdirilməsinə icazə verilməmiş, parçalar müəyyən olunmuş müddətdən 3 (üç) gün artıq gömrükdə saxlanılmış, bunun da nəticəsində malın yüklü olduğu nəqliyyat vasitəsinin boşdayanmasına görə "xxxx" MMC daşıyıcı şirkətə hər gün üçün 200 ABŞ dolları olmaqla cəmi 600 ABŞ dolları ödəmək məcburiyyətində qalmışdır. Boşdayanma halı ilə bağlı MMC-nin artıq ödənişlər etməsinin qarşısının alınması və MMC-nin həmin parçalara təcili ehtiyyacının yaranması səbəbindən "xxxx" MMC gömrük orqanının tələbi ilə razılaşmaq məcburiyyətində qalmış və ilkin təqdim olunmuş gömrük bəyənnaməsində dəyişiklik edilərək qara rəngli cins parça XİF MN üzrə "xxxx" kodu altında bəyan edilmiş, əsassız olaraq MMC əlavə olaraq 2708,10 manat gömrük rüsumu, 910,17 manat ƏDV olmaqla cəmi 3618,27 manat ödəmək məcburiyyətində qalmış və yalnız bundan sonra mallar rəsmiləşdirilərək gömrükdən çıxarılmışdır. MMC ilkin gömrük bəyənnaməsində gömrük orqanın təzyiqi ilə dəyişiklik etdikdən sonra isə MMC barəsində 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda gömrük orqanının qeyd olunan hərəkətlərinin qanunsuz hesab olunması və MMC tərəfindən artıq ödənilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı "xxxx" MMC tərəfindən Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. İddia ərizəsi icraata qəbul olunmuş (e-2- 1(112)-581/2022 saylı iş, hakim Miminat Hacıbəyova) və bir neçə dəfə məhkəmə prosesləri keçirildikdən sonra iş üzə məhkəmə ekspertizası təyin olunmuşdur. Hazırda iş ekspertizada olmaqla Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məlumat üçün bildirir ki, 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün daha öncə iki dəfə gömrük orqanı tərəfindən Səbail rayon Məhkəməsinə göndərilmiş, lakin Məhkəmə (hakim Ülviyyə Şükürova) tərəfindən 05.08.2021-ci il tarixli, 3(009)-197/2021 saylı və 29.11.2021-ci il tarixli, 3(009)-2253/2021 saylı qərardadlarla gömrük orqanına geri qaytarılmışdır. Məhkəmə qərardadlarında qeyd olunmuşdur ki, hazırki işin əsasını təşkil edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokol "xxxx" MMC tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirildiyindən, işə baxılması mümkün deyil, yəni hazırki işin nəticəsi Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işin nəticəsindən asılıdır. Odur ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-3695/2021 saylı (hazırki nömrə: e-2-1(112)-581/2022 saylı) işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100-0064/21 nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan halların gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində yarandığını və həmin hərəkətlərin qanunsuz hesab olunması barədə hazırda Bakı İnzibati Məhkəməsinin icraatında məhkəmə mübahisəsinin olduğunu nəzərə alaraq məhkəmədən iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı "gömrük orqanının hərəkətlərinin qanunsuz hesab olunması, gətirilmiş parçanın XİF MN üzrə "5209 42 000 0” kodu ilə 0% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması" tələbinə dair iddiası ilə bağlı e-2-1(112)- 581/2022 saylı iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən hələki yekun məhkəmə aktı çıxarılmadığı üçün "AS-KAR” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(009)-499/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və ya protokol və toplanmış materialların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İşə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin bildirişindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı Dövlət Gömrük Komitəsinin X2 İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işin əsasını təşkil edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli 00100- 0064/21 nömrəli inzibati xəta haqqında protokol "xxxx" MMC tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirildiyindən, işə baxılması mümkün deyil, yəni hazırki işin nəticəsi Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işin nəticəsindən asılıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı İnzibati Məhkəmənin icraatında olan 2- 1(112)- 3695/2021 saylı işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəmənin icraatında olan 2-1(112)-3695/2021 saylı işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-499/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-499/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver