Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-5/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, “AZBOOKGROUP“ MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 17 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 29 iyul 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş 17 iyul 2021-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 20036.09 Avro məbləğində xarici valyutada olan vəsaiti Bank hesabından 11 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, 20036.09 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Eyni zamanda Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 17 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 29 iyul 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş 17 iyul 2021-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 3037742.99 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti Bank hesabından 11 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, 3037742.99 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1537/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı ilə hər iki protokollar üzrə 3(009)-1536/2021 və 3(009)-1537/2021 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)-1536/2021 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması, iş başqa işə birləşdirildiyindən 3(009)- 1537/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhər Səbail Rayon Məhkəməsinin 3(009)-1536/2021 saylı, 11.08.2021-ci il tarixli qərarı ilə Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 3037742.99 (üç milyon otuz yeddi min yeddi yüz qırx iki Rusiya rublu, doxsan doqquz qəpik) Rusiya rublu vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 607548.60 (altı yüz yeddi min beş yüz qırx səkkiz Rusiya rublu, altmış qəpik) Rusiya rublu məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilməsi qərara alınmışdır. Şəxs MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2021-ci tarixli qərarından apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, hüquqi şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2655/2021 saylı, 19.11.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hər iki protokollar üzrə 3(009)-1536/2021 və 3(009)- 1537/2021 saylı inzibati xətalara dair işlərin bir icraatda birləşdirilməsinə, həmin işlərə 3(009)- 1536/2021 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılmasına, iş başqa işə birləşdirildiyindən 3(009)-1537/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 3(009)-1537/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərardadı ləğv edilmiş, həmçinin Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə və inzibati xətanın bilavasitə obyekti olmuş 3037742.99 (üç milyon otuz yeddi min yeddi yüz qırx iki Rusiya rublu, doxsan doqquz qəpik) Rusiya rublu vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 607548.60 (altı yüz yeddi min beş yüz qırx səkkiz Rusiya rublu, altmış qəpik) Rusiya rublu məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilməsinə dair 3(009)-1537/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xətaya dair iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “AZBOOKGROUP“ MMC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin “AZBOOKGROUP“ MMC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən “AZBOOKGROUP“ MMC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “AZBOOKGROUP“ MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 11.07.2019-cu il tarixdə “AZBOOKGROUP“ MMC tərəfindən 20036.09 avro məbləğində qabaqcadan ödəniş etməklə “OO Belanio M” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarından müəyyən olunur ki, **********9192 saylı gömrük bəyannaməsindən ilə “AZBOOKGROUP“ MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü xarici valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “AZBOOKGROUP“ MMC tərəfindən 20036.09 avro məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 11 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə mallar **********9192 saylı gömrük bəyannaməsi ilə qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün “AZBOOKGROUP“ MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, “AZBOOKGROUP“ MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “AZBOOKGROUP“ MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-5/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-5/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver