Məhkəmə qərarları › İş №3(009)-5/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-5/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-5/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “KAPAL İNTERNATİONAL FZE” MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİNİN vəkili X4, Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİNİN Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİNİN Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİ, 14204.88 İngilis funt sterlinqi məbləğində vəsaiti 05 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 06 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi X2 protokolu müdafiə edir və "xxxx" MMC barədə inzibati tənbeh görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİNİN vəkili X4 protokola etiraz edərək bildirmişdir ki, 14204.88 İngilis funt sterlinqi məbləğində vəsaiti 05 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və həmin vəsait hesabına alınan mallar ölkəyə bəyan edilərək daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİNİN Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 270 (iki yüz yetmiş) gün ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş 07 noyabr 2024-cü il tarixli "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 27 mart 2024-cü il tarixli məktubundan və həmin məktuba əlavədən görünür ki, Mərkəzi Bankın ‘'Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” na əsasən AR rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmadıqda və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bu barədə məlumat və qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər Bank tərəfindən sizə təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş 11 may 2022-ci il tarixli ödəniş sənədindən görünür ki, xx.xx.2022-ci il tarixli, 100 saylı müqavilə və xx.xx.2022-ci il tarixli, AB99428 saylı İNVOİCE əsasında Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİ tərəfindən 14204.88 (on dörd min iki yüz dörd ingilis funt səksən səkkiz pens.) İngilis funt sterlinqi vəsait “Bank of Scotland” PLC bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 13 yanvar 2025-ci il tarixli Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİNİN vəkili X4 tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) xx.xx.2022-ci il tarixində ******* № li sifariş orderi (purchase order) (etiraza əlavə edilmiş sənəd № 1) ilə neft avadanlığında istifadə olunan korruziyaya davamlı Jet Lube NCS 30 ECF JA23715 markalı sürtkü materiallarının üçüncü şəxs kimi təchiz edilməsini Şəxs X3 Zona Müəssisəsinin Bakı Nümayəndəliyinə (bundan sonra qısa olaraq Kapal Şirkətinin Nümayəndəliyi kimi göstəriləcək) (VÖEN **********) sifariş vermişdir. Sifariş verilmiş malın (Jet Lube NCS 30 ECF JA23715) eyni mal olması, sifarişdə göstərilmiş eyni miqdarda olması və xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində (etiraza əlavə edilmiş sənəd № 6) göstərilmiş Azərbaycan Respublikasına gətirilən eyni mal olması aşağıdakı sənədlərdə öz əksini tapır. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin (etiraza əlavə edilmiş sənəd № 6) 2-ci maddəsində göndərən/ixracatçı kimi göstərilmiş Midcontinent şirkətinə “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0000- 001773 № li sifariş orderinin (purchase order) malların təsviri bölməsində (etiraza əlavə edilmiş sənəd № 2). xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci maddəsində göndərən/ixracatçı kimi göstərilmiş Midcontinent şirkəti tərəfindən xx.xx.2022-ci il tarixində “Kapal Şirkətinin” Nümayəndəliyinə verdiyi AB99428 № li Pro-forma İnvoysda malların təsviri bölməsində (etiraza əlavə edilmiş sənəd № 3). “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmiş xx.xx.2023-cü il tarixli 0000- 001735 № li hesab-fakturada malların məzmunu bölməsində (etiraza əlavə edilmiş sənəd № 4). Malların “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli “delivery note”un malların təsviri bölməsində (etiraza əlavə edilmiş sənəd № 5). xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 31-ci maddəsi olan malların təsvirində, (etiraza əlavə edilmiş sənəd № 6). xx.xx.2023-cü il tarixli EBDA 111698 № li elektron qaimənin 2-ci hissəsində yola salınmış malların, görüşlmüş işlərin və ya göstərilmiş xidmətlərin adları, (etiraza əlavə edilmiş sənəd № 7). “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən gömrük bəyənnaməsinin 2-ci maddəsində göndərən/ixracatçı kimi göstərilmiş Midcontinent şirkətinə verilmiş xx.xx.2022-ci il tarixli 0000-001773 № li sifariş orderində (purchase order) (etiraza əlavə edilmiş sənəd № 2) tərəflər haqqında məlumatlar bölməsində 4-cü çərçivədə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının “Kapal Şirkətinin” Nümayəndəliyinə verdiyi xx.xx.2022-ci il tarixli ******* № li sifariş orderinə (purchase order) (etiraza əlavə edilmiş sənəd № 1) istinad edilmişdir. xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci maddəsində göndərən/ixracatçı kimi göstərilmiş Midcontinent şirkəti tərəfindən “Kapal Şirkətinin” Nümayəndəliyinə verilmiş xx.xx.2022-ci il tarixli AB99428 № li Pro-forma İnvoysda (etiraza əlavə edilmiş sənəd № 3) “Kapal Şirkətinin” Nümayəndəliyin tərəfindən Midcontinent şirkətinə verimiş xx.xx.2022-ci il tarixli 0000-001773 № li sifariş orderinə (purchase order) istinad edilmişdir (etiraza əlavə edilmiş sənəd № 2). “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmiş xx.xx.2023-cü il tarixli 0000-001735 № li hesabfakturada (etiraza əlavə edilmiş sənəd № 4) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Kapal Şirkətinin” Nümayəndəliyinə verilmiş xx.xx.2022-ci il tarixli ******* № li sifariş orderinə (purchase order) (etiraza əlavə edilmiş sənəd № 1) istinad edilmişdir. “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmiş xx.xx.2023-cü il tarixli 0000-001735 № li hesab-fakturada (etiraza əlavə edilmiş sənəd № 4) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmiş EBDA 111698 № li elektron qaiməyə (etiraza əlavə edilmiş sənəd № 7) və göstərilən xidmətlə bağlı açılmış 0000- 003137 nömrəli işə istinad edilmişdir (xx.xx.2022-ci il tarixli 0000-001773 № li sifariş orderində (purchase order) (etiraza əlavə edilmiş sənəd № 2) tərəflər haqqında məlumatlar bölməsində 3-cü çərçivədə. “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmiş xx.xx.2023-cü il tarixli ЁВОА 111698 № li elektron qaimənin (etiraza əlavə edilmiş sənəd № 7) əsas sətirində xx.xx.2023-cü il tarixli 0000- 001735 № li hesab-fakturaya istinad edilmişdir (etiraza əlavə edilmiş sənəd № 4). “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilmiş xx.xx.2023-cü il tarixli EBDA 111698 № li elektron qaimənin (etiraza əlavə edilmiş sənəd № 7) əlavə qeydlər sətirində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Kapal Şirkətinin” Nümayəndəliyinə verilmiş xx.xx.2022-ci il tarixində ******* № li sifariş orderi (purchase order) (etiraza əlavə edilmiş sənəd № 1) və həmin sifariş əsasında göstərilən xidmətlə bağlı açılmış 0000-003137 nömrəli işə istinad edilmişdir (etiraza əlavə edilmiş sənəd № 2) xx.xx.2022-ci il tarixli FP0010077 № li xarici valyutada köçürmə orderinin (etiraza əlavə edilmiş sənəd № 8) ödənişin təyinatı (70) bölməsində xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin (etiraza əlavə edilmiş sənəd № 6) 2-ci maddəsində göndərən/ixracatçı kimi göstərilmiş Midcontinent şirkətinə “Kapal Şirkətinin” Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0000-001773 № li sifariş orderinə (purchase order) (etiraza əlavə edilmiş sənəd № 2) və Midcontinent şirkəti tərəfindən “Kapal Şirkətinin” Nümayəndəliyinə*təqdim edilmiş xx.xx.2022-ci il tarixli AB99428 № li Pro-forma İnvoysa (etiraza əlavə edilmiş sənəd № 3) istinad edilmişdir. Yuxarıda qeyd edilən sübut və sənədlərlə Şəxs X3 Zona Müəssisəsinin Bakı Nümayəndəliyi tərəfindən Gömrük bəyannaməsinin 2-ci maddəsində göndərən/ixracatçı kimi göstərilmiş Midcontinent şirkətinə ödənilmiş pul vəsaitinə görə malların Azərbaycan Respublikasına gətirildiyi tam şəkildə sübuta yetirilir. Hesab edirik ki, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərib edilmiş inzibati xəta haqqında protokol tamamilə qeyri-qanuni və əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİNİN Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİ ******* (altı milyon iki yüz üç min iyirmi səkkiz) Rusiya rublu əbləğində vəsaiti 10 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MM AZAD ZONA MÜƏSSİSƏSİNİN BAKİ NÜMAYƏNDƏLİYİ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 14204.88 (on dörd min iki yüz dörd ingilis funt səksən səkkiz pens.) İngilis funt sterlinqi vəsait məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 2841 (iki min altı səkkiz qırx bir) İngilis funt sterlinqi məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar