Məhkəmə qərarları › İş №3(009)-500/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-500/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-500/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi ilə, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri DYPİ-nin 10 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin polis kapitanı X5 10 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində saat 00:39 raddələrində etibarnamə ilə idarə etdiyi Mercedes CLS markalı **-TY-*** DQN maşınla Zərifə Əliyeva küçəsində sfetaforun qırmızı işığında dayanıb sonra yaşıl işıq yandıqda hərəkətinə davam etmək istəyərkən, Bülbül küçəsi tərəfdən gələn Mustang markalı 77- EA -013 DQN maşın qırmızı işıqda keçərək maşınının arxa sağ qapı krılo və təkər tərəfindən vuraraq qəza törətdi. Hadisə yerinə BŞDYP YHN inspektoru polis kapitanı X8 gəlib, sənədlərini götürüb və səhəri BŞDYP idarəsinə, 5-ci otağa yaxınlaşmağlarını bildirdi. xx.xx.2023-cü il o 5-ci otağa yaxınlaşanda mülkü olan Kamil adlı şəxs günahın onda olduğunu bildirdi və o 500 AZN təklif elədi ki, ver günahı 50-50 yə eləyək sənə də pul versin sığorta. O, günahının olmadığını bildirərək etiraz bildirdi ki, yaşıl işıqda keçibsə onda niyə günah olmalıdı və nəyə görə 50-50 yə yazmalısınız. Verilmiş qərara tələb etdi ki, məhkəməyə və cənab X10 şikayətini bildirək. Hətta video görüntüdə açıq aydın günahsız olduğu görsənir. Onlar qərarın hələ hazır olmadığını və görüntünü verə bilmədiklərini dedilər. xx.xx.2024-cü il tarixindən ona AsanPaydan mesaj gəldi ki, siz 327.2-ci maddəsinə əsasən 80 AZN cərimə olunursuz. Qərarı yaxınlaşıb BŞDYP idarəsindən götürdüm və hüquqlarımın bərpası üçün hadisə Səbail rayonunda baş verdiyinə görə Səbail rayon məhkəməsinə müraciət edir. Bakı Şəhər DYPİ-nin əməkdaşı X5 TP6217097 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 inzibati xəta hadisəsində onun təqsiri olmadığını bildirərək, 10 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsasız olduğundan ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, X4 barəsində qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən edilmişdir ki, X2 yerində tıxac yarandığını və maneəyə yarada biləcəyini görsə də, buna baxmayaraq nəqliyyat vasitəsi ilə hərəkəti davam etdirmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə, X3 şikayət ərizəsini və iş materiallarını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 80 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanunun 75.2-ci maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X7 ğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 yerində tıxac yarandığını və maneəyə yarada biləcəyini görsə də, buna baxmayaraq nəqliyyat vasitəsi ilə hərəkəti davam etdirmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir.Bununla da, Bakı şəhəri DYPİ-nin tərəfindən X3 barəsində çıxarılmış 10 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri DYPİ-nin 10 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar