Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-503/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 2-ci ərazi X2 İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 2-ci ərazi X2 İdarəsi tərəfindən 25 fevral 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 2-ci ərazi X2 İdarəsinin inspektoru X1 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, "xxxx" MMC-nin nəznində fəaliyyət göstərən “Sahil” restoranında çıxarış əsasında YTM keçirilmiş, YTQ 01-2001 b. 1.9-1.9.12-nin tələbləri pozulduğundan İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yanğın təhlükəsizliyinə cavabdeh şəxsin əmri təqdim edildiyindən həmin işə vəzifəli şəxs qismində baxılması üçün inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyə təqdim olunmuş inzibati xətaya dair protokolun baxılmadan geri qaytarılmasına dair ərizə verildiyindən 25 fevral 2022-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə tərtib edilmiş 25 fevral 2022-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 2-ci ərazi X2 İdarəsinə qaytarılsın. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-503/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-503/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver