Məhkəmə qərarları › İş №3(009)-503/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-503/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-503/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1981-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsndən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü ildə saat 18 radələrində Səbail rayonu Badamdar yolu, 242 ünvanın qarşısında nəlayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həqiqətən o, polisin qanuni tələblərinə tabe olmamış törətdiyi əməldən peşmandır. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahidin ifadəsini dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXMnın 510 və 535.1-ci maddələrinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili Ramil Lətifli göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində bölmənin sahə inspektoru F.İbrahimovla birlikdə Badamdar yolu 242 ünvanı qarşısında xidmətdə olarkən bir nəfər şəxsin uca səslə nəlayiq ifadələr işlətdiyini görüb, həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib həmin şəxsə şəxsiyyəti barədə məlumat verilməsini xahiş etmiş, lakin həmin şəxs məlumat verməkdən imtina etmiş və nəlayiq ifadələr işlətməyə davam etmişdir. Bu hərəkətlərə son qoyulması tələb edildik də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, bu səbəbdən həmin şəxs bölməyə gətirilmiş və müvafiq raport tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru Fizuli İbrahimov şahid R.Lətiflinin ifadəsinə uyğun ifadə vermişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli, 015038 nömrəli protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixində saat 18:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə tərtib edilmiş protokolla, raportla və şahid ifadəsi və özünün etirafedici ifadəsi ilə Şəxs inzibati xətaları törətməsi faktı tam sübuta yetirilir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs polisin qanuni tələblərinə riayət etməyərək öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla, onları təhqir edib xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni AR İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada tutmanın əvvəli Şəxs faktiki tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən 18:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar